Microsoft reklam izləmək müqabilində pulsuz oyun verə bilər!
Hazırda internetdə bir çox platformada reklam yayımlanır. Belə ki, YouTube, Facebook, Instagram habelə Twitch kimi məşhur platformalarda reklamlardan əhəmiyyətli dərəcədə istifadə olunur. Ümumiyyətlə bir çox şirkət reklam vasitəsi ilə gəlir qazanmağı üstün tutur. Microsoft şirkəti isə reklam müqabilində istifadəçilərinə pulsuz oyun vermək üçün hazırlıq görməyə başlayıb. Bildiyimiz kimi, hazırda Microsoft Xbox Cloud Gaming bulud oyun xidmətində sadəcə Fortnite oyununu pulsuz təklif edir. Habelə indi texnologiya nəhəngi reklam izləmək müqabilində pulsuz təklif edilən oyunların sayını artıra bilər.
Microsoft Gaming CFO-su Tim Stuart ötən ayın sonunda Wells Fargo TMT sammitində verdiyi müsahibədə reklam izləmək müqabilində pulsuz oyun əldə etməklə bağlı imkandan da bəhs edib.
Ardını oxu...