Çərşənbə axşamı, 14 Oktyabr 2025

Barmaq izi skanından yan keçə bilən yeni Android virus aşkar edilib

ThreatFabric adlı şirkətin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Android cihazlar arasında Chameleon adı altında yayılan virusun daha təhlükəli versiyasını aşkar ediblər. Aşkar edilmiş yeni virus vasitəsilə hakerlər smartfon və planşetlərdəki biometrik təhlükəsizlik sistemindən yan keçə bilirlər. Məlumatda qeyd edilib ki, virus məşhur tətbiqlər kimi maskalanaraq yayılır. Əsasən o, Google Chrome brauzerinin quraşdırıcı faylı kimi maskalanır. Nəticədə diqqətli olmayan istənilən Android istifadəçisi sözügedən virusun qurbanına çevrilə bilər. Məlumata əsasən virus bu ilin əvvəlində aşkar edilmişdi və o əsasən bank və kriptovalyuta tətbiqlərinə yönəlmişdi.
Həmin vaxtdan virus hakerlər tərəfindən təkmilləşdirilib. Nəticədə virusun yeni versiyası cihazlardakı biometrik təhlükəsizlik sistemlərinin deaktiv edilməsi özəlliyini əldə edib. Sözügedən virusu özündə birləşdirən zərərli proqram təminatının cihaza quraşdırılmasından sonra istifadəçiyə HTML səhifəsi açılır və həmin səhifədə ona xüsusi imkanlar ayarının aktivləşdirilməsi təklif edilir. Bu isə öz növbəsində hakerlərə barmaq izi skanı texnologiyası da daxil olmaqla biometrik təhlükəsizlik sistemindən yan keçməyə imkan verir. Ardını oxu...

“Microsoft” 2024-cü ildə “Apple” şirkətini ötüb keçəcək

“Microsoft” 2024-cü ildə “Apple” şirkətini ötüb keçməyə və dünyanın ən iri kompaniyası olmağa hazırlaşır. Son on il ərzində sonuncu kapitallaşma sahəsində dünya liderliyini qoruyub saxlayıb, amma “Microsoft” bu vəziyyəti dəyişdirməyi planlaşdırır.

Tim Kukun rəhbərliyi altında nəhəng şirkətə çevrilən “Apple”dən fərqli olaraq, “Microsoft” Satya Nadellanın başçılığı ilə yalnız gəlirə istiqamətlənən strategiyasından imtina edərək, öz diqqətini innovasiyalar və süni intellekt üzərində cəmləşdirən kompaniya halına gəldi.

Məlumdur ki, “Apple” daim Stiv Cobsun dünyanı dəyişdirən məhsullar hazırlanması vizyonuna əsaslanıb.

Ardını oxu...

Süni intellekt mərkəzli Intel Core Ultra prosessorları təqdim edilib!

Beləliklə prosessor istehsalı üzrə ixtisaslaşan Intel brendi uzun müddətdir ki, gözlənilən yeni Meteor Lake prossessor seriyasını təqdim etdi. İndi H və U seriyalı və AI PC adlanırılan Intel Core Ultra prosessorları rəsmi olaraq qarşımızdadır. Süni intellekt mərkəzli bu prosessorlar indi ayrı neyron mühərrikə sahib olub. Qeyd edək ki, Intel bu mövzuda bir ilkə imza atır və süni intellekt tələb edən bir proseslərdə prosessorlarınım problemsiz çalışmasını təmin edir.

Ardını oxu...

Ağlınızdakı fikirləri yazıya çevirən BrainGPT hazırlanır!

Texnologiya inanılmaz sürətlə davam edir. İllər əvvəl fantastik filmlərdə gördüyümüz texnologiyalar artıq reallaşır. Belə ki, Sidney Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən ağlınızdakı fikirləri yazıya çevirən BrainGPT adlı sistem hazırlanır. Qeyd edək ki, GrapheneX-UTS insan mərkəzli süni intellekt mərkəzi sistemin hazırlanması üzərində fokuslanıb.

Bu sistem bir çox araşdırmada tez-tez istifadə edidiyini gördüyümüz standart EEG və ya Elektroensefaloqramma üzərində qurulan infrastrukturda

Ardını oxu...

Whatsapp-da qrup çatları üçün yeni funksiya istifadəyə verilib

Whatsapp tərtibatçıları messencerdə yeni funksiyanın istifadəyə verildiyini elan ediblər. İstifadəyə verilmiş yeni funksiya qrup çatlarını əhatə edir. Söhbət, qrup çatlarında bu və ya digər mesajın çatın yuxarı hissəsinə bərkidilməsi funksiyasından gedir. Qrup çatı daxilində bu və ya digər mesajı çatın yuxarı hissəsində bərkitmək üçün mesajın üzərinə klikləyib saxlamaq lazımdır. Nəticədə ortaya çıxacaq kontekst menyuda müvafiq bəndi seçərək mesajı çatın yuxarı hissəsində bərkitmək mümkün olacaq.
Standart olaraq mesaj çatın yuxarı hissəsində 7 gün ərzində bərkidilmiş qalacaq. Lakin istifadəçi öz istəyinə uyğun olaraq mesajı 24 saat və ya 30 gün müddətinə də bərkidilmiş saxlaya bilər. Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1825930
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1645
4880
24323
1825930
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.