Bazar, 05 May 2024

Tarixin ən populyar 10 telefon və smartfonu tərtib edilib!

Ümumiyyətlə smartfonlar və ya telefonlar uzun müddətdir ki, həyatımızdadır. Dünyanın ən çox istifadə olunan bu cihazlarının sayı bəlkədə dünyadakı insanların sayından belə çoxdur. Məhz bu telefonların və smartfonların bu qədər çox olması müxtəlif brendlərin illər ərzində özlərinə məxsus yeni cihazlar təqdim etməsi ilə bağlıdır. Hətta bugün də bir çox texnologiya nəhəngi öz ənənələrini davam etdirərək yeni smartfon seriyası təqdim edirlər. 

Source Visual Capitalist mənbəsi tarixin ən populyar 10 telefon və smartfonu adlı siyahı tərtib edib.

Qeyd edək ki, tarixin ən populyar 10 telefon və smartfonu siyahısında liderlik Nokia brendinə məxsus olsa da, ən populyar cihaz təəccüblü şəkildə 3310 deyil. Belə ki, tarixin ən populyar telefonu məhz 250 milyon ədəd satılan Nokia 1100 modelidir. Siyahının ikinci yerində isə yenə də Nokia brendinə məxsus 1100 modelinin “qardaşı” Nokia 1110 248 milyon satış ilə demək olar ki, bu uğuru təkrarlayıb. Nəhayət 3-cü sırada Apple brendinin əfsanəvi iPhone 6 və iPhone 6 Plus modelləri dayanır. Qeyd edək ki, bu smartfonlar hələ də milyonlarla istifadəçi kütləsinə sahibdir. Kompakt dizaynı və olduqca ideal ölçüsü ilə seçilən həm də, öz zamanına görə möhtəşəm performans sərgiləyən bu smartfon 222 milyon satılıb.

Siyahının 4-cü sırasında bizi yenə də Nokia brendinə məxsus cihaz qarşılayır. Belə ki, Nokia 105 seriyası 200 milyon ədəd satış ilə siyahının 4-cü yerində qərarlaşmağı bacarıb. iPhone 6S və iPhone 6S Plus modelləri də “qardaşı” kimi siyahıya daxil olmağı bacarıb. Qeyd edək ki, bu smartfonlar 174 milyon ədəd satılıb. 6-cı sırada yenidən bir Apple modeli dayanır. iPhone 5S 165 milyon ədəd satış ilə 6-cı yerdədir. Nokia brendinin dillər əzbəri olan 3210 modelləri isə 161 milyon satış ilə 7-ci sırada yer alır. O cümlədən müvafiq olaraq iPhone 7 seriyası, iPhone 11 seriyası və iPhone XS və XR modelləri 160, 159 və 151 milyon ədəd satılaraq siyahını tamamlayıb. İlk 10-luğa daxil ola bilməsə də, Samsung brendinin E1100 modeli də 11-ci sırada qərarlaşmağı bacarıb.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1072762
Bu gün
Bu həftə
Bu ay
Ümumi
216
5740
2631
1072762
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi