Proqram təminatı kodlarının tərtibatı üçün StableCode adlı yeni sistem təqdim edilib
Mətnli təsvirlər əsasında fotoların tərtib edilməsi ilə məşğul olan Stable Diffusion adlı neyron şəbəkəsinin yaradıcısı olan Stability AI şirkəti yeni neyron şəbəkəsini təqdim edib. Təqdim edilmiş yeni neyron şəbəkəsi StableCode adını əldə edib və o, proqram təminatı kodlarının tərtib olunması üçün nəzərdə tutulub. Şirkətin fikrincə StableCode tərtibatçılara gündəlik işlərdə və yeni texnologiyaların mənimsənilməsində yardımçı olacaq.