Bazar, 05 May 2024

Google smart saatlar üçün WearOS 5 əməliyyat sistemini hazırlayır

Google şirkəti smart saatlar üçün nəzərdə tutulmuş WearOS əməliyyat sisteminin yeni versiyasını hazırlayır. Məlumata əsasən əməliyyat sisteminin yeni versiyası WearOS 5 adlanacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, WearOS 5-in əsasında Android 14 dayanır. Qeyd etmək lazımdır ki, Google əməliyyat sisteminin yeni versiyasını Samsung ilə birgə hazırlayır. Burdan da belə qənaətə gəlmək olar ki, WearOS 5-i ilk növbədə Galaxy Watch 7 smart saatları əldə edəcəklər. WearOS 5-də nə kimi yeniliklərin olacaqları barəsində bir məlumat yoxdur. Çox güman ki, WearOS 5 yaz fəslində keçiriləcək Google I/O 2024 konfransı çərçivəsində təqdim ediləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1072737
Bu gün
Bu həftə
Bu ay
Ümumi
191
5715
2606
1072737
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi