Dünyanın ilk çox rejimli ikiayaqlı robotu satışa çıxarılıb!
Bu ayaq uclarından birincisi "Point-Foot" adlanan dəyirmi rezin formalı çıxıntıdır. Bu ayaq ucunun ən çevik performansı təmin etdiyi qeyd olunur. İkinci ayaq ucu isə insan yeriyişini daha dəqiq təqlid etmək üçün istifadə edilən və ayağa bənzəyən "Sole" adlı əlavədir. Sonuncusu isə təkərli ayaq ucudur. Bu ayaq ucu sayəsində robot düz səthlərdə təkərlər vasitəsilə çox daha sürətli hərəkət edə bilir. Lakin robot təkərləri kilidləyərək ayaq kimi istifadə edib, pilləkənləri və maneələri də aşa bilir.Android telefonlarındakı fayllara Windows vasitəsilə simsiz şəkildə daxil olmaq mümkün olacaq!
Windows-a gələcək yeniləmələrlə təqdim ediləcək bu xüsusiyyət Android telefonun bütün fayllarına giriş icazəsi verir. İstifadəçi, Android cihazını sanki bir kabel ilə kompüterə qoşmuş kimi fayllarını idarə edə biləcək. Bildirilir ki, Android telefonlara simsiz giriş təmin edən bu metod kabeldən daha sürətlidir. Testlərə görə simsiz şəkildə telefondan kompüterə fayl köçürmə sürəti saniyədə təxminən 1.2 GBPS (150 MB/san) olaraq ölçülüb.
bu xüsusiyyət, 2025-ci ildən etibarən dəstəyi dayandırılacaq Windows 10-da da istifadə oluna biləcək. Bu xüsusiyyət əlçatan olduqda istifadə etmək üçün öncə istifadəçi,Windows 10 və ya Windows 11 kompüterində Microsoft Phone Link (Telefon Bağlantısı) tətbiqini həm
Ardını oxu...
Bir insanın elədiklərini "izləyərək" öyrənən robot hazırlanıb!
Aparılan tədqiqatlar nəticəsində izləyərək lavabo təmizliyini öyrənən bir robot hazırlanıb. Tədqiqat çərçivəsində alimlər xüsusi bir təmizlik süngəri hazırlayıblar. Sensorlarla təchiz edilmiş bu təmizlik süngəri əvvəlcə bir insan tərəfindən istifadə edilib. Sensorların topladığı məlumatlar robotun maşın öyrənmə alqoritminə ötürülüb. Əldə edilən məlumatlar robotun insanın təmizlik hərəkətlərini təqlid etməsini təmin edib.Microsoft bütün süni zəka funksiyalarını Windows Intelligence brendi altında birləşdirəcək
Görünür, Microsoft şirkəti Windows-un son versiyalarında istifadəyə verilmiş bütün süni zəka funksiyalarının əsaslı rebrendinqinə hazırlaşır. Məlumata əsasən Copilot, Windows Recall və digər süni zəka funksiyaları yaxın zamanda Windows Intelligence adlı vahid brend altında birləşə bilərlər. Windows Intelligence adı öz növbəsində Microsoft şirkətinin marketinq mövzusunda Apple şirkətini kopyalamağa çalışmasına bənzəyir.İnsanın daha öncə harda olmuş olduğunu onun bədənindəki mikroblar sayəsində təyin edən süni zəka sistemi hazırlanıb
Lund Universitetinin mütəxəssisləri unikal süni zəka sistemini yaradıblar. Onların yaratmış olduqları süni zəka sisteminin unikallığı ondadır ki, sistem insan bədənindəki bakteriyaları analiz edərək onun daha öncə harda olmuş olduğunu təyin edir. Microbiome Geographic Population Structure (MGPS) adını əldə etmiş bu sistem insanın daha öncəki yerini təyin etmək üçün onun mikroblu barmaq izlərindən istifadə edir. Sözügedən süni zəka sistemi şəhər, torpaq və dəniz ekosistemi də daxil olmaqla müxtəlif mühitlərdən olan mikroblar barəsində geniş məlumatlar bazası əsasında təlimatlandırılıb.