Çərşənbə, 06 Avqust 2025

Azərbaycanda ilk dəfə “Robotex Türkiyə” festivalının bölgə çempionatları keçiriləcək

Bu il fevralın 17-18-də Naxçıvanda, martın 2-3-də isə Bakıda Azərbaycanda ilk dəfə “Robotex Türkiyə” yarışının bölgə çempionatları keçiriləcək.

“Robotex Türkiyə” yarışına qeydiyyat fevralın 7-dək davam edəcək. Çempionatda 5 yaşdan yuxarı hər kəs iştirak edəcək. “Azərbaycan innovasiya və texnologiyaların qəlbi olacaq. İlk dəfə Azərbaycanda baş tutacaq “Robotex Türkiyə” yarışında qalib gəlmiş bölgə çempionları Antalya və Estoniyanın Tallin şəhərlərində keçiriləcək beynəlxalq robot çempionatında iştirak üçün vəsiqə qazancaqlar.

Qeyd edək ki, “Robotex” adlı festival ilk dəfə Estoniyada keçirilib, sonra isə beynəlxalq tədbirə çevrilib. Ötən il “Robotex” festivalına İtaliya, Türkiyə, Yunanıstan, Polşa, Koreya, Çin, Litva, Macarıstan və digər 26 ölkədən 887 iştirakçı 14 müxtəlif yarışda iştirak edib.

Tarixin ən populyar 10 telefon və smartfonu tərtib edilib!

Ümumiyyətlə smartfonlar və ya telefonlar uzun müddətdir ki, həyatımızdadır. Dünyanın ən çox istifadə olunan bu cihazlarının sayı bəlkədə dünyadakı insanların sayından belə çoxdur. Məhz bu telefonların və smartfonların bu qədər çox olması müxtəlif brendlərin illər ərzində özlərinə məxsus yeni cihazlar təqdim etməsi ilə bağlıdır. Hətta bugün də bir çox texnologiya nəhəngi öz ənənələrini davam etdirərək yeni smartfon seriyası təqdim edirlər. 

Ardını oxu...

Google smart saatlar üçün WearOS 5 əməliyyat sistemini hazırlayır

Google şirkəti smart saatlar üçün nəzərdə tutulmuş WearOS əməliyyat sisteminin yeni versiyasını hazırlayır. Məlumata əsasən əməliyyat sisteminin yeni versiyası WearOS 5 adlanacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, WearOS 5-in əsasında Android 14 dayanır. Qeyd etmək lazımdır ki, Google əməliyyat sisteminin yeni versiyasını Samsung ilə birgə hazırlayır. Burdan da belə qənaətə gəlmək olar ki, WearOS 5-i ilk növbədə Galaxy Watch 7 smart saatları əldə edəcəklər. WearOS 5-də nə kimi yeniliklərin olacaqları barəsində bir məlumat yoxdur. Çox güman ki, WearOS 5 yaz fəslində keçiriləcək Google I/O 2024 konfransı çərçivəsində təqdim ediləcək.

Instagram gizli hesablara atılmış istəklərə səbəb göstərmək gətirir!

Instagram tezliklə izləmə sorğusu göndərərkən səbəb əlavə etməyə icazə verəcək yenilik üzərində işləyir. Bu xüsusiyyət sizi tanımayan istifadəçinin sizin haqqınızda təsəvvür yarada bilməsi üçün hazırlanır, deyə qeyd edilib. Funksiya barədə daha əvvəl Instagram ilə bağlı gələcək yeni xüsusiyyətləri açıqlayan Alessandro Paluzzi bildirib.

Paluzzi tərəfindən paylaşılan xüsusiyyətin iddia edilən ekran görüntüsü, Instagram-ın sizə müxtəlif seçimlər arasından seçim etmək imkanı verə biləcəyini göstərir.

Ardını oxu...

Google Chrome brauzerinin Incognito rejimində istifadəçiləri izlədiyini etiraf edib

Chrome brauzerinin Incognito adlı rejimi brauzer tarixçəsində heç bir iz qoymadan saytlara baxış imkanını verir. Lakin bu, Google şirkətinə Chrome istifadəçilərinin aktivliklərini izləməkdə mane olmur. Şirkət bunu, Incognito rejiminin təsvirindəki məlumata düzəliş edərək etiraf edib. Google 2020-ci ildən müəyyən sayda istifadəçidən ibarət qrupla məhkəmə prosesində idi. Belə ki, istifadəçilər şirkəti Chrome brauzerindəki Incognito rejimində belə istifadəçiləri izləməkdə günahlandırırdı. Keçən ilin sonuna yaxın isə şirkət bu məsələnin sülh yolu ilə həll edilməsinə razılıq verdi. Yaxın zamanda baş tutacaq məhkəmə qərarı vasitəsilə şirkətin istifadəçilərə ümumilikdə nə qədər təzminat ödəyəcəyi bilinəcək.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1719972
Bu gün
Bu həftə
Bu ay
Ümumi
791
4765
7272
1719972
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.