Çərşənbə, 06 Avqust 2025

Android cihazlar üçün nəzərdə tutulmuş yeni təhlükəli virus aşkar edilib

McAfee şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri XLoader adlı Android virusun daha təkmilləşdirilmiş təhlükəli versiyasını aşkar ediblər. Virusun təkmilləşdirilmiş versiyası daxil olduğu cihazda istifadəçinin heç bir əməliyyatına ehtiyac duymadan avtomatik şəkildə işə düşə bilir. XLoader adlı viruslar sinifi 2015-ci ildən mövcuddur və onlar Roaming Mantis adlı haker qruplaşması tərəfindən hazırlanır. Virusun yeni təkmilləşdirilmiş versiyası əvvəlki versiyalar kimi mətnli mesajlar üzərindən yayılır. Bu cür mesajlarda zərərli proqram təminatının yüklənilməsinə şərait yaradan lin yerləşir. Bu cür linkə klikləyəndən sonra istifadəçiyə Google Chrome brauzerinin quraşdırılması təklif edilir.

Ardını oxu...

Instagram süni intellekt ilə sizin üçün mesaj yaza biləcək!

Dünyanın ən çox istifadə edilən sosial media şəbəkələrindən biri olmağa davam edən Instagram, süni intellekt ilə sizin adınıza mesaj yaza biləcək. Alessandro Paluzzi tərəfindən gündəmə gətirilən xəbərə görə, Instagram hazırda süni intellektdən istifadə edərək insanların sizin adınıza mesaj yazmasına imkan verən sistem üzərində işləyir. Hələlik birbaşa mesajlar əsasında işləyirmiş kimi görünən xüsusiyyət, bir çox hallarda vaxta qənaət edir və cəmi 1-2 söz əsasında uzun mətnlər yarada bilir.

Ardını oxu...

Google Gemini çat-botunu qulaqlıqlarda istifadəyə verəcək

Keçən həftə Google öz süni zəka əsaslı çat-botunun adını Bard-dan Gemini-yə dəyişdi. Bununla yanaşı şirkət Gemini-nin Android tətbiqini də istifadəyə verdi. Lakin görünür, şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, şirkət Gemini-ni smartfonlarla yanaşı həmçinin qulaqlıqlarda da istifadə etmək niyyətindədir. Bu barədə məlumat Google tətbiqinin kodunda aşkar edilib. Orda qeyd edilib ki, Gemini qulaqlıqlarda istifadəyə veriləcək. Bunun necə reallaşdırılacağı barəsində məlumat yoxdur. Çox güman ki, smartfona quraşdırılmış Gemini çat-botu ilə qulaqlıqlar arasında sinxronlaşdırma reallaşdırılacaq və nəticədə çat-bot qulaqlıqlarda Google Assistant kimi çalışacaq. Bununla yanaşı bunun yalnız Google Pixel qulaqlıqlarında və ya digər brendlərin qulaqlıqlarında da reallaşdırılacağı bilinmir.

Dünyanın ilk avtonom yol təmir robotu sınaqdan keçiriləcək!

Dünyanın ilk avtonom çuxurları təmir edə bilən robotu yol sınaqlarına başlayır. Robotiz3d və Liverpul Universitetinin alimləri tərəfindən hazırlanmış robot çuxurların aşkarlanmasında yenilik etmək və yoldan istifadə edən insanlar üçün daha rahat təcrübə təmin etmək üçün nəzərdə tutulub.

Süni intellekt ilə dəstəklənən “Avtonom Yol Təmir Sistemi” avtonom şəkildə yollara nəzarət edir və həmin yollar çuxurlara çevrilməzdən əvvəl onları aşkar edərək doldurur. Bu proaktiv yanaşma çuxurların əmələ gəlməsinin qarşısını alır, eyni zamanda təmir ehtiyacını əhəmiyyətli dərəcədə azaldır.

Ardını oxu...

Neuralink çərçivəsində ilk xəstənin beyninə çip uğurla yerləşdirilib!

Neuralink şirkəti nəhayət ilk xəstənin beyninə kompüterlə əlaqə saxlamasına imkan verən çip yerləşdirib. İlk əməliyyat olduqca uğurlu həyata keçirilib. Qeyd edək ki, bu il ümumilikdə 11 könüllü xəstənin belə əməliyyat keçirəcəyi daha əvvəl də bildirilmişdi. Neuralink 2024-cü ildə öz sınaqlarında ciddi inkişaf əldə edə bilər.

Ümumiyyətlə Neuralink şirkəti insan beyni və kompüter arasında əlaqə yaratmaqla bionik protezləri və ya ekzoskeletləri effektiv şəkildə idarə etməyə ümid edir. Ötən gün Neuralink layihəsinin ideya müəllifi və şirkəti qurucusu Elon Musk X sosial şəbəkəsində etiraf edib ki, Neuralink çərçivəsində ilk insanın beyninən çip yerləşdirilib və hazırda xəstə əməliyyatdan sonra tədricən sağalır. Xatırladaq ki, kiçik silindrik implant insanın kəllə sümüyündəki bir dəliyə yerləşdirilir və ən nazik elektrodlarla beyinə bağlanır. Habelə, şirkətin ideyasına görə, bu cür əməliyyatları ixtisaslaşmış robotlar yerinə yetirməlidir. Elon bildirib ki, ilkin nəticələr ümidvericidir, çünki, çip xəstənin neyronlarının fəaliyyətini qeydə almağa müvəffəq olub.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1720019
Bu gün
Bu həftə
Bu ay
Ümumi
838
4812
7319
1720019
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.