Çərşənbə, 11 Dekabr 2024

Dünyanın ilk niobium əsaslı batareyası təqdim edilib!

Leclanche SA-nın CEO-su Pierre Blanc, "Dünyanın ilk kommersiya XNO Li-ion hücresini bazara təqdim etməkdən böyük məmnunluq duyuruq" deyərək düşüncələrini ifadə edib. Leclanche, mövcud litium-titanyum-oksid (LTO) batareya həlləri əvəzinə, XN50-dən istifadə edərək yeni batareya modulları və paketləri təqdim etməyi planlaşdırır. XN50, Cambridge mərkəzli Echion Technologies tərəfindən hazırlanmış niobium əsaslı XNO texnologiyasını istifadə edir. Echion, xüsusilə ağır iş tətbiqləri üçün sürətli enerji doldurma dəstəyi təklif edən bu yeni texnologiyanı inkişaf etdirərkən ətraf mühitə təsiri də azaltmağa müvəffəq olub.Niobium bazlı XNO texnologiyasını istifadə edən XN50, LTO texnologiyası ilə müqayisədə 50% daha yüksək enerji sıxlığına malikdir

 

və sürətli enerji doldurma imkanı təklif edir. Həmçinin çətin şəraitlərdə belə üstün performans göstərərək təhlükəsizlikdən güzəştə getmir. Batareya 10.000-dən çox dövr ömrünə malikdir və intensiv istifadədən sonra belə tutumunun 3%-indən azını itirir.

Batareyanın PFAS-sız su bazlı katod formulası ətraf mühitə zərəri minimuma endirir. Şirkətə görə, XNO texnologiyası qlobal istiləşmə potensialında 51%-lik azalma təmin edir. XN50-nin qatarlar, mədən yük maşınları, e-avtobuslar və ağır sənaye vasitələri kimi bir çox sahədə istifadə ediləcəyi gözlənilir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1336206
Bu gün
Bu həftə
Bu ay
Ümumi
43
5232
16268
1336206
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.