Çərşənbə axşamı, 10 Dekabr 2024

Təcrübi 6G şəbəkəsində məlumatları rekord sürətlə ötürmək mümkün olub

London Universitet Kollecinin tədqiqatçıları təcrübi 6G şəbəkəsini test ediblər. Məlumata əsasən test edilmiş təcrübi 6G şəbəkəsi məlumatların rekord sürətlə ötürülməsini təmin edərək aktual 5G şəbəkələrini 5000 dəfə üstələyib. Tədqiqatçıların sözlərinə əsasən aparılmış test çərçivəsində onlar təcrübi 6G şəbəkəsində məlumatların saniyədə 938 Gbit sürətlə ötürülməsinə nail olublar. Müqayisə üçün qeyd etmək lazımdır ki, mövcud olan 5G şəbəkələrdə məlumatların ortalama ötürülmə sürəti saniyədə 200 Mbit təşkil edir.Təcrübi 6G şəbəkəsində bu cür yüksək sürət məlumatların elektron və optik ötürülmə üsullarının kombinasiyası sayəsində əldə edilib.
Bu cür kombinasiya naqilsiz şəbəkələrin mövcud məhdudiyyətlərini geridə qoymağa imkan verib. Adətən bu cür şəbəkələr radiodalğaları tezliklərin daha dar diapazonunda istifadə edirlər. Lakin bu diapazonların yüklənmiş olmaları ötürülən məlumatın ötürülmə sürətini aşağı salır. Mütəxəssislər isə radio texnologiyalar ilə optik həlləri birləşdirərək daha geniş diapazondan istifadə ediblər və nəticədə aşağı sürət məhdudiyyətini geridə qoyublar.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1336155
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1959
5181
16217
1336155
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.