Neuralink öz beyin implantının insanlar üzərində testlərinə hazırlaşır
Görünür, Elon Musk-ın Neuralink şirkəti öz beyin implantını insanlar üzərində test etməyə artıq hazırdır. Belə ki, şirkət öz saytında bu prosesdə iştirak edəcək könüllülərin axtarışı ilə bağlı elan yerləşdirib. Elanda könüllülərə olan tələblər və təcrübədə nələrin olacaqları qeyd edilib. Şirkətin Neuralink N1 adlı çipi qəpik ölçüsündə olan çipdir və o, 64 ədəd nazik elektrod vasitəsilə birbaşa beyinə qoşulur. 64 elektroddan hər biri isə beyində hərəkət niyyətindən cavabdeh olan hissələrə yeridilir.