WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib

WhatsApp-da isə bu imkan tamamilə pulsuz təklif edilir. WhatsApp komandası bildirib ki, funksiyadan istifadə zamanı səsli mesajın mətn formatına çevrilməsi prosesi bulud serverdə deyil, cihazın özündə baş verir. Buna görə də mesajın tərkib hissəsi cihazdan kənara çıxa bilmir.
Funksiyanı messencerdəki çatlarla bağlı ayarlarda aktivləşdirmək olar. Məlumata əsasən funksiya yaxın həftələr ərzində hamıda aktiv olacaq. Funksiyanın dəstəkləyəcəkləri dillərin sayı isə növbəti aylarda artacaq.