Bazar, 20 Aprel 2025

Google şirkəti bugün 25 yaşını qeyd edir

 

Dünyanın ən nüfuzlu texnoloji şirkətlərindən biri olan Google bugün 25 yaşını qeyd edir. Google şirkəti Larry Page və Sergey Brin tərəfindən 4 sentyabr 1998-ci il tarixində təsis edilsə də, şirkətin hər il ad günü məhz 27 sentyabr tarixində qeyd edilir. Bu münasibətlə Google Search-də müvafiq doodle işə salınıb. “25 il bundan öncə biz, istifadəçilərin öz böyük və kiçik suallarına cavab tapmaları üçün Google Search-ü istifadəyə verdik. Həmin vaxtdan milyardlarla insan məhz bu məqsədlə bizim məhsul və servislərimizə müraciət etdilər” - deyə Google bloqunda qeyd edilib. Google Search-də işə salınmış yeni doodle-da Google loqosunun illər ərzində necə dəyişdiyi əks olunub.

Gmail-də HTML rejimin fəaliyyəti dayandırılacaq

Google şirkəti Gmail-də olacaq dəyişiklik barəsində istifadəçiləri məlumatlandırmağa başlayıb. Belə ki, bu ilin sonuna kimi Gmail-in HTML rejiminin fəaliyyəti dayandırılacaq. Elektron poçt servisinin HTML versiyası 2024-cü ilin yanvar ayına kimi çalışacaq. Qeyd etmək lazımdır ki, Gmail-in HTML versiyası brauzerlərin köhnə versiyalarında və keyfiyyətli internet bağlantısının olmadığı hallarda istifadə edilir. Gmail-in HTML versiyası adi versiyanın sahib olduğu bəzi funksiyalardan məhrumdur. Söhbət, çat, orfoqrafiya yoxlanışı, sürətli düymələr, kontaktların əlavə edilməsi və importu və formatlama funksiyalarından gedir.

OpenAI şirkəti bazar dəyərini 90 milyard dollara yüksəldə bilər

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti hal-hazırda səhmlərinin satışı ilə bağlı danışıqlar aparır. Məlumata əsasən bu öz növbəsində şirkətin bazar dəyərini 90 milyard dollara yüksəldə bilər. Çox güman ki, söhbət, şirkətin yeni səhmləri deyil, öz əməkdaşlarının sahib olduqları səhmləri satışa çıxartmaq istəməsindən gedir. Səhmlərinin müəyyən hissəsinin Microsoft-a məxsus olduğu OpenAI şirkəti bu məlumatın ortaya çıxması fonunda hal hazırda diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, şirkətin hal hazırda bazar dəyəri 29 milyard dollar təşkil edir. Aprel ayında OpenAI bir sıra vençur şirkətindən ümumilikdə 300 milyon dollar investisiya əldə etmişdi.

LG şirkəti 6G şəbəkəsində növbəti testini uğurla yekunlaşdırıb

LG şirkəti 6G şəbəkəsinin imkanlarını tədqiq etməyə davam edir. Şirkət bu mövzuda növbəti uğurlu testini elan edib. Belə ki, şirkət 6G çərçivəsində rekord məsafədə məlumat ötürə və qəbul edə bilib. Söhbət, 500 metr məsafədən gedir. Bu isə şəhər mühiti çərçivəsində açıq havada aparılmış oxşar testlər zamanı qeyd edilmiş məsafələr arasında ən böyüyüdür.

Bu test həmçinin o cəhətdən vacibdir ki, o, 6G-nin müxtəlif şəbəkə ssenariləri çərçivəsində çalışma imkanını təsdiqləyir.

Ardını oxu...

Google şirkəti Google Podcasts servisinin bağlanacağını elan edib

 Google şirkəti Google Podcasts servisini bağlayacağını elan edib. Bu, 2024-cü ildə baş verəcək. Şirkətin bu qərarı istifadəçilərin daha geniş şəkildə Youtube Music servisinə inteqrasiyaları çərçivəsində qəbul edilib. Bu ilin əvvəlində şirkət elan etmişdi ki, Youtube Music servisinə podkastların dəstəyi əlavə ediləcək. Avqust ayında isə Youtube Music-ə podkastlara sahib RSS kanalların yüklənmə mümkünlüyü anons edildi. Artıq aydın məsələdir ki, şirkət Google Podcasts ekosistemini birbaşa Youtube Music servisinə daşımaq niyyətindədir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1564149
Bu gün
Bu həftə
Bu ay
Ümumi
283
14717
34268
1564149
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.