Bazar ertəsi, 23 Dekabr 2024

Avropa Birliyi peyklərdən ibarət fərdi telekommunikasiya şəbəkəsini yaradacaq

Avropa Birliyi artıq 2027-ci ilə kimi peyklərdən ibarət olacaq telekommunikasiya şəbəkəsinə sahib olmağı planlaşdırır. Avropa Parlamenti və Avropa Birliyi ölkələri IRIS2 adlı bu layihənin reallaşdırılmasına artıq razılıq veriblər. Layihə 6 milyard avro dəyərində qiymətləndirilir. Avropa Birliyi büdcəsindən bu layihəyə 2.4 milyard avro vəsaitin yatırılması planlaşdırılır. Yerdə qalan 3.6 milyard avro vəsaiti isə özəl şirkətlər və Avropa Kosmik Agentliyi investisiya şəklində yatıracaqlar. Gözləntilərə əsasən layihə infrastrukturunun 30%-i Avropa şirkətləri tərəfindən qurulacaq. Nəticədə Avropa Birliyi fərdi kosmik şəbəkə sistemini əldə edəcək.

Avropa Birliyi data mərkəzləri kosmosda yerləşdirmək istəyir

Avropa Birliyi iqlim dəyişiklikləri ilə daha effektiv şəkildə mübarizə aparmaq üçün məlumatların emalı mərkəzlərini (data mərkəzlər) kosmosa göndərmək istəyir. Bu layihə ilə Thales Alenia Space adlı şirkət məşğul olacaq. Sözügedən şirkət aerokosmik məhsulların istehsalı ilə məşğul olur. Məlumatların həcmlərinin yüksəlməsi bütün dünyada yeni data mərkəzlərinin istifadəyə verilməsinə gətirib çıxarır. Bu isə öz növbəsində ekologiyaya ciddi təsir göstərir.

Ardını oxu...

NVIDIA və Microsoft birgə şəkildə bulud superkompüteri yaradacaqlar

NVIDIA və Microsoft şirkətləri birgə şəkildə bulud superkompüterinin yaradılması layihəsini elan ediblər. Yaradılacaq bulud superkompüteri süni zəka alqoritmləri ilə çalışmaq üçün nəzərdə tutulacaq. Sözügedən layihənin reallaşdırılması üçün şirkətlər öz aparıcı texnologiyalarından istifadə edəcəklər. Şirkətlər arasında olacaq uzunmüddətli əməkdaşlıq çərçivəsində Microsoft Azure bulud platformasından, NVIDIA-nın A100 və H100 qrafik prosessorları əsasında olan hesablama sürətləndiricilərindən, NVIDIA AI Enterprise proqram təminatı platformasından və Quantum-2 InfiniBand adlı şəbəkə sviçlərindən istifadə ediləcək.

Ardını oxu...

Whatsapp daxilində şirkətləri axtarmağa və onların məhsullarını almağa imkan verən funksiya istifadəyə verilib

   Whatsapp tərtibatçıları messencer daxilində alıcılar ilə şirkətlər arasındakı əlaqəni sadələşdirmək üçün nəzərdə tutulmuş yeni funksiyanı anons ediblər. Faktiki olaraq messencer inteqrasiya edilmiş biznes kataloqu əldə edəcək. Bu isə öz növbəsində sahibkarlara öz xidmətlərinin reallaşdırılması üzrə yeni üsulları təqdim edəcək. Business Finder adlı yeni funksiya Whatsapp daxilində şirkətləri adlar və kateqoriyalar üzrə axtarmağa imkan verəcək. Kateqoriyalara misal olaraq turizm, geyim, qida, bank xidmətləri və s. gətirmək olar. Business Finder funksiyası vasitəsilə lazımi şirkəti tapandan sonra onunla sürətli şəkildə əlaqə yaratmaq və ya tapılmış şirkətin məhsulları ilə xidmətlərindən yararlanmaq olar.

Ardını oxu...

2022-ci ildə istifadəçilər tərəfindən ən çox istifadə edilmiş şifrələrin antireytinqi təqdim edilib

NordPass servisi hər il istifadəçilər tərəfindən ən çox istifadə edilən şifrələrin antireytinqini təqdim edir. Bu il də istisna olmayıb. Servis tərəfindən tərtib olunan antireytinq özündə həmçinin hackerlərin həmin şifrələri hack etmək üçün sərf etdikləri zamanı da birləşdirir. Məlumatda qeyd edilib ki, reytinqdə əks olunan zaman göstəriciləri nisbidir və müxtəlif faktorlardan asılıdır. Beləliklə bu il istifadəçilər tərəfindən ən çox istifadə edilən şifrələr siyahısında birinci yeri “password” tutub.

    Məlumata əsasən hacker sözügedən şifrəni ortalama olaraq 1 saniyəyə hack edir.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355817
Bu gün
Bu həftə
Bu ay
Ümumi
5
1553
35879
1355817
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.