Şənbə, 21 Dekabr 2024

Meta-nın sosial media platformaları artıq nüvə enerjisi ilə işləyəcək

“Facebook”, “WhatsApp”, “Instagram” və “Messenger” kimi sosial media platformalarının sahibi olan Meta 2030-cu illərin əvvəlindən gigavat miqyaslı nüvə enerjisindən istifadə etməyə başlayacaq. Beləliklə, Meta çətiri altında olan məşhur sosial media platformaları artıq nüvə enerjisi ilə işləyəcək.

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Meta ABŞ-dakı məlumat mərkəzlərini gücləndirmək üçün nüvə enerjisinə keçməyə hazırlaşır. Şirkət 2030-cu illərin əvvəllərindən başlayaraq 1 ilə 4 giqavat arasında nüvə enerjisi istifadə etməyi düşünür.Məlum olduğu kimi Facebook, WhatsApp, Instagram, Messenger kimi sosial media platformaları Meta çətiri altındadır.

Belə ki, son məlumatlara görə, Meta platformalarının gündəlik istifadəçilərinin ümumi sayı 3,29 milyard nəfərdən ibarətdir. Bu platformaların hamısı məlumat mərkəzlərində işləyir. Meta isə bu platformaları günümüzün məşhur texnologiyası olan süni intellektlə birləşdirməyə çalışır.

Bu məqsədlə Meta, xüsusilə Kiçik Modul Reaktor (SMR) adlanan reaktorlarda və ya daha böyük nüvə reaktorlarında təcrübəli iş ortaqları axtardığını elan edib. Şirkət atom elektrik stansiyası layihələrinin coğrafi mövqeyinə heç bir məhdudiyyət qoymadığını açıqlayıb. Meta nüvə enerjisindən istifadəni həm texnoloji yenilikləri dəstəkləmək, həm də iqtisadi artıma töhfə vermək baxımından mühüm addım kimi görür. Şirkətin verdiyi açıqlamalarda, “Yeni innovasiyalar sektorlar arasında təsirli texnoloji irəliləyişlərə və iqtisadi artıma təkan versə də, nüvə enerjisi həm məlumat mərkəzlərimizi həm də elektrik şəbəkələrinin böyümə ehtiyaclarını dəstəkləmək üçün etibarlı, əsas yük enerjisi təmin edir.”

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1353839
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1197
12211
33901
1353839
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.