Bazar, 22 Dekabr 2024

Əlvida Windows10, xoş gəldin Windows11

"Microsoft", 'Windows 10 Home" və "Professional" məhsul yükləmə səhifələrində 31 yanvar 2023-cü ilin son satınalma vaxtı olduğunu bildirib.

 Məhsul açarlarının satışı dayandırılsa belə , "Microsoft" "Windows 10"u 14 oktyabr 2025-ci ilə qədər dəstəkləməyə davam edəcək.

"Microsoft"un bu addımı istifadəçiləri "Windows 11"ə keçməyə məcbur etmək üçün atdığı güman olunur.

Ötən il “.az” domenli resurslara hücumların statistikası açıqlandı

“CYBER ON” şirkəti tərəfindən aparılan monitorinqə əsasən, 2022-ci il ərzində “.az” ölkə kodlu informasiya resurslarına qarşı çox saylı kiberhücumlar nəticəsində 97 veb-resursa xaker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunub.

 Kiberhücumlar həyata keçirilmiş veb-resursların analizi göstərir ki, onların 34%-ində informasiya resursunun düzgün və təhlükəsiz kodlanmaması, 66%-də isə server sazlamalarının düzgün qurulmaması onları xakerlərin hədəfinə çevirib.

Analizlər, eyni zamanda bu veb-resursların 8-inin təkrar-təkrar hücuma məruz qalmasına baxmayaraq çatışmazlıqlarını aradan qaldırmaq üçün lazımı tədbirləri görmədiyi faktını ortaya çıxarıb.

Ardını oxu...

Azercell Bakıda beşinci nəsil şəbəkəsini test rejimində istifadəyə verdi

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!" strateji məqsədinə sadiq qalan Azercell Bakıda ilk 5G şəbəkəsini test rejimində işə salır. 

    Xatırladaq ki, 2019-cu ildə 5G-nin pilot şəbəkəsini Azərbaycanda sınaqdan keçirən ilk mobil operator məhz Azercell olub. Şirkət yüksəksürətli yeni nəsil şəbəkəsini Tağıyev küçəsində yerləşən xidmət mərkəzində öz müştərilərinə nümayiş etdirib. Hazırda isə lider mobil operator beşinci nəsil rabitə standartını sınaq rejimində bütün Fəvvarələr Meydanı ərazisi boyu istifadəyə verir.

Ardını oxu...

2023-cü ilin əvvəlində Whatsapp-ın 47 ədəd smartfonda dəstəyi dayandırılacaq

Whatsapp hələ də dünyanın ən məşhur messenceri statusunu özündə qoruyub saxlayır. Lakin bir neçə gündən sonra istifadəçilərin bir hissəsi sözügedən messencerdən istifadə etmək imkanından məhrum olacaqlar. Belə ki, 2023-cü ilin əvvəlində Whatsapp-ın 47 ədəd smartfonda dəstəyi dayandırılacaq. Məlumata əsasən 31 dekabr tarixindən sonra messencer artıq bəzi köhnə smartfonlarda çalışmayacaq. Siyahıya 47 smartfon modeli daxil olacaq. Onların arasında AppleSamsungSonyLGHuawei və s. smartfonlar var. Məsələ burasındadır ki, siyahıda olan smartfonlar üçün Whatsapp-ın nəzərdə tutulmuş versiyaları artıq köhnəlib və onlar artıq problemsiz şəkildə çalışmaq imkanına sahib deyillər.

Ardını oxu...

“Google Chrome”a şifrə daxil etmək "barmaq izi" ilə mümkün olacaq

 

 “Google” tərtibatçıları “Chrome”a şifrə dəstəyi gətirdilər. “Android”, “macOS” və “Windows 11”-də istifadə oluna bilən bu funksiya vebsaytlara daxil olmaq üçün şifrələrin daxil edilməsi dövrünü bitirir. İstifadəçilər şifrə əvəzinə telefonlarında müəyyən etdikləri barmaq izlərindən istifadə edə biləcəklər. Telefonla kompüterdə “Google Chrome” arasında sinxronizasiya istifadəçini şifrədən xilas edəcək. Telefonundan barmaq izini oxuyan istifadəçi, dəstəkləyən internet səhifəsindəki hesabına daxil ola biləcək.

Xüsusiyyətdən istifadə etmək üçün vebsaytlar yenidən konfiqurasiya edilməlidir!

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355781
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1517
14153
35843
1355781
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.