WhatsApp-a süni intellekt dəstəkli mesaj cavablama funksiyası gəlir!
WhatsApp-ın üzərində işlədiyi yeni funksiya bizneslərə süni intellekt dəstəkli köməkçilər təqdim edəcək. İstifadəçilər bu funksiyanı aktivləşdirdikləri zaman süni intellekt vasitəsilə müştəriləri ilə ünsiyyət qura biləcəklər. Beləliklə, müştərilərin alış-veriş və məlumat əldə etmə prosesləri süni intellekt tərəfindən idarə olunacaq.
WhatsApp-ın müştəri məmnuniyyətini artırmağı hədəfləyən bu yeni funksiyası müştəriləri davamlı olaraq məlumatlandıracaq. Yəni müştəri, mövzu ilə bağlı süni intellektlə ünsiyyətdə olduğunu biləcək. Bununla da müştəri ilə biznes sahibləri arasındakı şəffaflıq təmin ediləcək. WhatsApp-ın süni intellekt dəstəkli cavablar funksiyası hələlik sınaq mərhələsindədir. Bu funksiyanın nə zaman istifadəyə veriləcəyi və tam olaraq necə bir təcrübə təqdim edəcəyi zamanla məlum olacaq.