İnsayderlər: Qatlana bilən Galaxy Z Fold 3 smartfonu Galaxy Note seriyasını tamamilə ləğv edəcək
İnsayderlər artıq dəfərlərlə xəbər veriblər ki, Samsung şirkəti Galaxy S seriyasını və qatlana bilən Galaxy Z Fold 3-ü smartfonunu S Pen stilusu ilə təchiz etməyi panlaşdırır. İnsayderlərin yeni hesabatları qatlana bilən Galaxy Z Fold 3 smartfonunun güman olunan satış tarixini özündə birləşdirir. Bununla yanaşı hesabatdakı məlumata əsasən Samsung şirkəti Galaxy Note seriyasından ümumiyyətlə imtina etmək niyyətindədir.
Verilmiş yeni məlumata əsasən Samsung-un 2021-c ildə satışa çıxardacağı yeni qatlana bilən smartfonu dözümlü ekran örtüyü sayəsində S Pen stilusunu dəstəkləyəcək. Bu halda Galaxy Note seriyasının yeni modelləri satışa çıxmayacaqlar. Belə ki, Galaxy Note seriyasının fərqləndirici özəlliyi olan S Pen stilusu Samsung-un digər smartfonlarında dəstəklənəcək. Bununla yanaşı təqdim edilmiş hesabatda ekranın alt hissəsinə kamera modulunun yerləşdirilməsindən də bəhs edilir. Güman olunur ki, Galaxy Z Fold 3 smartfonunda ön kamera məhz bu cür texnologiya üzrə reallaşdırılacaq. Güman olunur ki, Galaxy Z Fold 3-ün təqdimatı gələn ilin iyun ayında baş tutacaq.