Philips 27M2N8500X gaming monitoru təqdim edilib
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips 27M2N8500X adlanır. Sözügedən yeni monitor yüksək təsvir yenilənməsinə sahib ekranı ilə seçilir. Beləliklə bu yeni monitor 500 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 98%-ni əhatə edir.

Intel öz marketinq şöbəsinin əməkdaşlarına onların funksiyalarının böyük bir hissəsinin autsorsinqə veriləcəyi ilə bağlı planları açıqlayıb. Bu işlə beynəlxalq konsaltinq şirkəti Accenture məşğul olacaq. Intel-in rəhbəri Lip-Bu Tan-ın fikrincə, Accenture müştərilərlə daha effektiv əməkdaşlıq edə bilər, çünki təcrübə ilə yanaşı, süni zəka vasitəsilə iş proseslərini aktiv şəkildə avtomatlaşdırır.
Bu artıq adi bir praktika halını alıb. Hər bir neçə aydan bir Çindən olan az tanınan bir şirkət böyük dil modeli (LLM) təqdim edir və bu, qabaqcıl süni zəka alqoritmlərinin təlim və istismar xərcləri ilə bağlı təsəvvürləri alt-üst edir. Bu dəfə diqqət mərkəzində MiniMax adlı startap dayanır.
Buz özündə qədim dövrlər haqqında elm üçün dəyərli məlumatları saxlayır, lakin onu ikili (binary) kodla mesajların ötürülməsi üçün də istifadə etmək olar. Çinli alimlər hava qabarcıqlarının formasını və buz qatındakı yerləşməsini dəyişdirərək məlumatı yazmağın və oxumağın bir yolunu kəşf ediblər. Tədqiqatçılar bildirirlər ki, belə mesajlar uzun müddət ərzində saxlanıla bilər, onları vizual olaraq asanlıqla müşahidə etmək və oxumaq mümkündür. Su donarkən içindəki qaz hava cibləri əmələ gətirir. Bu qabarcıqlar əgər buz sürətlə donursa, yumurtaya bənzər, yavaş donarsa, iynəvari forma alır. Donma sürətini dəyişməklə bu fərqləri növbəli şəkildə istifadə edərək ikili məlumat yazısı yaratmaq olar. Pekin Texnologiya İnstitutunun tədqiqatçıları məhz bu üsulu tətbiq ediblər.
Görmə qabiliyyəti məhdud olan şəxslərin ətraf mühitdə rahat hərəkət edə bilməsi üçün maneələri tanıyan süni intellekt əsaslı naviqator Novosibirsk Dövlət Texniki Universitetində (NDTU) hazırlanıb.