Pentaqon dronlar və avtopilot sistemləri üçün beynin görmə sistemini sifariş edib
ABŞ ordusunun sifarişi ilə mühəndis və proqramçılar beynin görmə sistemini elektronikada təkrarlamaq niyyətindədirlər ki, bu da avtonom sistemlərin idarəsi üçün yeni süni intellekt alətlərinin yaradılmasına xidmət edəcək. Rəqəmsal platformalar və neyron şəbəkələr avtopilot sahəsində aşağı enerji səmərəliliyi göstərib, buna görə də alimlər bu kimi məsələlərin həlli üçün analoq elektronika və yeni proqramlaşdırma alətləri hazırlamağı planlaşdırırlar. Layihənin hazırlanması üçün müqaviləni Roçester Universiteti əldə edib. Razılaşma Gələcək Müdafiə Araşdırmaları Agentliyi (DARPA) ilə bağlanıb və dəyəri 7.2 milyon dollar təşkil edir. Bu məbləğ növbəti 4.5 il ərzində ödəniləcək.


ChatGPT və digər süni zəka əsaslı çat-botlar dünyanı dəyişir və bu, müasir insanın danışıq tərzinə də təsir göstərir. Bu nəticəyə alman alimlər son araşdırmalarında gəliblər. Onlar dil və mədəni müxtəlifliyin itməsi təhlükəsi barədə xəbərdarlıq ediblər. Maks Plank İnsan İnkişafı İnstitutundan olan tədqiqatçılar qrupu araşdırmanın ilkin, rəy verilməmiş versiyasını dərc ediblər. Onlar müəyyən ediblər ki, ChatGPT tərəfindən tez-tez istifadə olunan sözlər 2022-ci ildə bu məşhur süni zəka çat-botu ortaya çıxandan bəri insan nitqində də daha çox istifadə olunmağa başlayıb.
OpenAI ChatGPT-də istifadəçilərə müxtəlif məhsulları birbaşa platforma üzərindən almağa imkan verəcək bir sistem tətbiq etməyi planlaşdırır. Bu sistem vasitəsilə sifarişləri birbaşa internet mağazalarının saytlarına keçid etmədən rəsmiləşdirmək mümkün olacaq. ChatGPT üzərindən sifariş qəbul edən satıcılar hər əməliyyat üçün OpenAI-ya komissiya ödəyəcəklər. Məlumata görə, bu yanaşma OpenAI-nin yeni monetizasiya strategiyasının bir hissəsidir. Şirkət indiyədək əsasən premium abunəliklər vasitəsilə gəlir əldə edirdi.
Qeyri-kommersiya təşkilatı olan Internet Matters tərəfindən yayımlanmış son hesabatda qeyd olunur ki, uşaqlar və yeniyetmələr arasında ChatGPT, Character.AI və MyAI kimi böyük dil modellərindən dostluğu və ünsiyyəti təqlid etmək məqsədilə istifadə halları sürətlə artır. Bu hal tədqiqatçıların və valideynlərin diqqətini cəlb edir, çünki gənclərin sosial münasibətləri və psixi sağlamlığı ilə bağlı mühüm aspektlərə təsir göstərir. 9-17 yaş arası 1000 uşaq arasında aparılmış araşdırmada müəyyən edilib ki, respondentlərin təxminən 67%-i süni zəkaya əsaslanan çat-botlardan mütəmadi istifadə edir.