İnsanlar tərəfindən süni yaradılmış ən yüksək temperatur Günəşdən 300 000 dəfə isti olub
2012-ci ildə CERN-dən olan fiziklər Böyük Adron Kollayderində (BAK) aparılmış təcrübə zamanı indiyədək süni yolla yaradılmış ən yüksək temperaturu qeydə alıblar. Söhbət, 5 trilyon dərəcə Selsi temperaturdan gedir. Bu, Günəşin nüvəsinin təxminən 15 milyon dərəcə olan temperaturundan 300 000 dəfə çoxdur. Fiziklərin sözlərinə görə, kainatda mövcud olan ən isti ulduzların temperaturu 100 milyon dərəcə Selsiyə çatır. Lakin BAK-da aparılan təcrübələr zamanı trilyonlarla dərəcə temperatur əldə etmək mümkündür və indiyədək qırılmayan bu rekord 13 il əvvəl müəyyən edilib. Bu, süni şəkildə yaradılmış ən yüksək temperatur hesab olunur.

YouTube-un baş direktoru Neal Mohan bildirib ki, süni zəka əsaslı ən yeni video generasiya modeli olan Google Veo 3 bu yay Shorts adlı qısa şaquli videolar bölməsinə əlavə olunacaq. Mohan həmçinin qeyd edib ki, hazırda qısa videoların orta gündəlik baxış sayı 200 milyardı keçib. Shorts yaradıcıları artıq əvvəlki nəsil Google Veo 2 modelindən istifadə edərək Dream Screen aləti vasitəsilə dinamik fon şəkilləri yarada bilirlər.
Meta, WhatsApp-da status funksiyası vasitəsilə reklam göstərəcəyini açıqlayıb. Dostlar və ya ailə üzvləri tərəfindən Statusda paylaşılan yeniləmələrə əlavə olaraq,
Google yeni Audio Overviews funksiyasının testinə başlayıb. Bu funksiya mobil cihazlarda axtarış nəticələrinin ilk səhifəsində generativ neyroşəbəkələrdən istifadə edərək audio icmallar yaradır. Təcrübi funksiyanın köməyi ilə istifadəçi öz sualına bir növ podkast üslubunda cavab ala biləcək – burada süni zəka sanki özü ilə söhbət edir. Məsələn, istifadəçi “Küy azaldıcı qulaqlıqlar necə işləyir?” sualını verdikdə, “People also ask” bölməsində Generate Audio Overview adlı bir düymə peyda ola bilər.
Kibertəhlükəsizlik tədqiqatçıları son dərəcə dağıdıcı potensiala malik yeni bir zərərli proqram təminatı variantı aşkarlayıblar. Bu proqram təminatı RaaS (Ransomware-as-a-Service - "xidmət kimi təqdim olunan şantaj məqsədli proqram təminatı") modeli ilə yayılır. Anubis adlı bu zərərli proqram təminatı, qurbanın kompüterindəki faylların şifrələnməsini məlumatların tamamilə silinməsi funksiyası ilə birləşdirir. Bu funksiya aktivləşdirildikdən sonra məlumatların bərpası qeyri-mümkün olur. Ekspertlər hesab edirlər ki, cinayətkarlar bu funksiyanı qurbanlara əlavə təzyiq göstərmək məqsədilə istifadə edirlər.