Şənbə, 13 Sentyabr 2025

Meta fiziki qanunları başa düşən süni zəka sistemi hazırlayıb

Meta şirkəti robotlar və avtonom nəqliyyat vasitələrinin fiziki dünyanı daha yaxşı qavramasını təmin etmək məqsədilə yeni süni zəka modeli olan V-JEPA 2-nin istifadəyə verildiyini elan edib. Bu model üçölçülü məkanı analiz edə və obyektlərin davranışını böyük həcmdə məlumat tələb etmədən proqnozlaşdıra bilir. Məsələn, V-JEPA 2 masadan diyirlənən bir topun yerə düşəcəyini və ya baxış bucağından çıxmış bir obyektin yox olmadığını, sadəcə görünmədiyini müəyyən edə bilər.

Ardını oxu...

Süni zəka əsaslı treyder adi treyderlərlə müqayisədə 6 dəfə effektiv olub

Stenford Ali Biznes Məktəbinin alimlər komandası yalnız açıq mənbəli məlumatlardan istifadə etməklə investisiya fondlarının menecerlərinin fəaliyyətini təkmilləşdirmək qabiliyyətinə malik olub-olmadığını anlamaq üçün investisiya strategiyalarını təhlil edən çat-bot hazırlayıb. Nəticələr o qədər təsirli olub ki, tədqiqatçılar bütün 1 ili hesablamalarda səhv axtarmaqla keçiriblər, lakin heç bir səhv tapmayıblar. Süni zəka analitiki orta hesabla investisiya menecerlərinin 93%-ni 600% üstələyib. “Biz bu nəticəni 1 il əvvəl əldə etdik.

Ardını oxu...

Google Chrome təhlükəsizlik zəifliyi ilə gündəmdədir! (2)

Google Chrome-da aşkar edilmiş və məlumatlarınızın zərərli insanların əlinə keçməsinə səbəb ola biləcək əsas təhlükəsizlik zəifliyi yeni yeniləmə ilə aradan qaldırılıb.

Google özünün məşhur brauzeri olan Google Chrome-un masaüstü versiyasında təhlükəli təhlükəsizlik açığı aşkar edib və bu boşluq zərərli insanlar tərəfindən aktiv şəkildə istifadə olunduğu üçün istifadəçilər tez bir zamanda brauzerlərini yeniləməlidirlər. Aşkar edilmiş boşluq Google Chrome-un V8 JavaScript mühərrikindədir və ekspertlər tərəfindən çox ciddi (8,8 bal) kimi qiymətləndirilib.

Ardını oxu...

Intel prosessorlu Mac-lar üçün macOS Tahoe son böyük yenilənmə olacaq

Apple şirkəti bu payız çıxacaq macOS Tahoe versiyasından sonra Intel prosessorlu Mac kompüterlər üçün artıq iri həcmli sistem yeniləmələri təqdim etməyəcək. Bu barədə Apple şirkətinin tərtibatçılarla iş üzrə baş direktoru Matthew Firlik WWDC 2025-in Platforms State of the Union təqdimatında açıqlama verib. Onun sözlərinə görə, macOS Tahoe, Intel Mac modelləri üçün sonuncu buraxılış olacaq. Apple-ın Intel çiplərindən özünün Apple Silicon prosessorlarına keçidi 2020-ci ildə başlayıb və 2023-cü ildə Mac Pro modeli ilə tam başa çatıb.

Ardını oxu...

OpenAI o3-pro süni zəka modelini təqdim edib

OpenAI süni zəka modelinin təkmilləşdirilmiş versiyası olan o3-pro modelini təqdim edib. Bu model əvvəlki o3 versiyası ilə müqayisədə daha inkişaf etmiş və güclüdür. Yeni model məntiqi düşüncə tələb edən çətin tapşırıqları yerinə yetirmək üçün hazırlanıb və proqramlaşdırma da daxil olmaqla bir çox sahədə istifadə oluna bilər. o3-pro məntiqi nəticə çıxarma qabiliyyətinə malik modellər kateqoriyasına aiddir. o3-pro modelinə ChatGPT Pro və Team abunəçiləri üçün 10 iyun tarixindən etibarən çıxış imkanı açılıb.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1771558
Bu gün
Bu həftə
Bu ay
Ümumi
583
7989
17585
1771558
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.