Cümə axşamı, 07 Avqust 2025

"Skype" fəaliyyətini dayandırdı

Bu gündən "Microsoft" şirkəti "Skype" platformasının fəaliyyətini rəsmi olaraq dayandırıb.

Şirkətin texniki dəstək səhifəsində istifadəçi hesablarının avtomatik olaraq "Microsoft Teams" xidmətinə köçürüləcəyi qeyd olunub.  
Qeyd edək ki, "Skype" platforması ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb.

 

Visa yeni süni intellekt sistemini təqdim edib!

Visa, yeni süni intellekt sistemi ilə alış-verişi rəqəmsal agentlərə təhvil verən bir həll təqdim edib. Alış-veriş istifadəçilərin müəyyən etdiyi limitlər daxilində süni intellektə həvalə edilib.

Visa süni intellektlə alış-verişin yolunu açır. Şirkətin elan etdiyi yeni sistem sayəsində artıq rəqəmsal agentlər sizin adınıza məhsulların axtarışı, seçilməsi və alınması ilə məşğul olurlar. Məqsəd bu yeni alış-veriş tərzini həm daha təhlükəsiz, həm də idarə edilməsini asanlaşdırmaqdır.

Ardını oxu...

Süni intellektin dünayın ələ keçirmək ehtimalı 20% imiş!

Yəqin ki, bir körpünün uçmaq üzrə olduğu ehtimalı 20 faiz olsaydı, heç kim o körpüdən keçməyə cürət etməzdi. Habelə, Təyyarənin 20 faiz qəza ehtimalının olduğunu bilsəydik, heç kim o təyyarəyə minməzdi. Ancaq süni intellekt kimi inqilabi texnologiyanı ona etibarımız və gözləntilərimizlə sürətlə irəlilədikcə, eyni 20 faizi göz ardı edirik. Lakin bu dəfə xəbərdarlıq süni intellektin yaradıcılarından biri tərəfindən edilir: Geoffrey Hinton. Belə ki, onun CBS telekanalına müsahibəsində verdiyi açıqlaması hər kəs tərəfindən təəccüblə qarşılanıb. Müasir süni intellektin memarlarından biri olan və “Süni intellektin atası” kimi tanınan Nobel mükafatı laureatı Hinton bildirib ki, süni intellektin dünyanı ələ keçirmək ehtimalı 20%-dir.

Ardını oxu...

Yaxın zamanda Grok 3.5-in istifadəyə veriləcəyini elan edilib

xAI şirkətinə məxsus süni zəka çat-botu Grok yaxın zamanda yeni bir yeniləmə əldə edəcək. Söhbət, Grok 3.5-dən gedir. Hazırda bu versiya beta test mərhələsindədir və geniş ictimaiyyət üçün əlçatan deyil. Lakin SuperGrok abunəçiləri ona artıq gələn həftə erkən çıxış əldə edəcəklər. Rəsmi buraxılış tarixi hələ təsdiqlənməsə də, qarşıdakı yeniləmənin əsas xüsusiyyətlərindən biri Grok 3.5-in texniki suallara unikal cavablar verə bilməsi olacaq. Xüsusilə, Musk Grok-un yeni versiyasının elektrokimya və raket mühərrikləri kimi mürəkkəb elmi-texniki sahələrdə müəyyən dəqiqliklə işləmək qabiliyyətini vurğulayıb.

Ardını oxu...

Meta AI ayrıca süni zəka tətbiqi qismində istifadəyə verilib

Meta, Meta AI-ni WhatsApp, Instagram, Facebook və Messenger-ə inteqrasiya etdikdən sonra indi ayrıca bir süni zəka tətbiqi kimi istifadəyə verib. Bu tətbiq çərşənbə axşamı Meta-nın LlamaCon tədbirində təqdim olunub və istifadəçilərə Meta AI-ya ayrıca bir tətbiq vasitəsilə giriş imkanı verir - bu, ChatGPT tətbiqi və digər süni zəka köməkçi tətbiqlərinə bənzəyir. İstifadəçiləri cəlb etmək üçün Meta OpenAI və Anthropic kimi şirkətlərdən fərqli cəhətlərindən istifadə etməyə çalışır.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1721802
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1321
6595
9102
1721802
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.