Google tələbə və müəllimlər üçün Gemini for Education-u istifadəyə verib
Bu, məktəblər üçün Gemini tətbiqinin yeni versiyasıdır və müəssisə səviyyəsində məlumatların qorunmasını təmin edir. Google bu alətə çıxışı əlavə ödəniş olmadan mövcud Education planlarına daxil edəcək. Nəticədə, məktəblər Gemini 2.5 Pro adlı premium modelə çıxış əldə edəcəklər. Bundan əlavə, Workspace for Education ilə işləyən müəllimlər üçün Gemini in the Classroom adlı alət də ödənişsiz təqdim ediləcək. Bu alət dərs planlamasını və hazırlıq prosesini sürətləndirmək məqsədilə 30-dan çox yeni funksiyanı əhatə edir - məsələn, söz siyahılarının yaradılması kimi tapşırıqları yerinə yetirmək üçün.

İnsayderlərin vermiş olduqları məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının yeni modeli üzərində çalışır. Söhbət, GeForce RTX 5070 SUPER-dən gedir. İnsayderlər bildiriblər ki, NVIDIA-nın hazırladığı bu yeni videokart GDDR7 standartlı 18 GB-lıq VRAM-ı əldə edəcək. Bununla yanaşı videokart özündə 6400 ədəd CUDA nüvəsini birləşdirəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi RTX 5070 modeli özündə 6144 ədəd CUDA nüvəsini birləşdirir. Məlumatda qeyd edilib ki, videokartda məlumatların ötürülməsi sürəti saniyədə 672 GB təşkil edəcək.
NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının ən büdcəli modelini təqdim edib. Söhbət, GeForce RTX 5050-dən gedir. Şirkətin bu yeni videokartı Blackwell arxitekturası əsasında hazırlanıb və o özündə GDDR6 standartlı 8 GB VRAM ilə 2560 ədəd CUDA nüvəsini birləşdirir. Müqayisə üçün qeyd etmək lazımdır ki, RTX 5060 modeli 3840 ədəd CUDA nüvəsinə sahibdir. Yeni RTX 5050-nin Boost rejimdə çalışma tezliyi 2.57 GHz, enerji sərfiyyatı isə 130 vatt təşkil edir. Sözügedən videokart NVIDIA-nın ray tracing və DLSS 4.0 texnologiyalarını dəstəkləyir.
Süni zəka sahəsində lider olan Anthropic, Google, OpenAI və xAI şirkətləri “düşüncə zənciri” (chains of thought) adlanan bir üsul hazırlayıblar. Bu üsul süni zəka modellərinin sorğuya cavab yaradarkən düşünmə prosesini addım-addım izləməyə imkan verir. Neyron şəbəkələrin təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyərli ideyalarla yanaşı, bu üsul modellərin “səhv davranış” nümunələrini də ortaya qoyub. Belə hallarda modelin yekun cavabı onun məntiqi düşüncə ardıcıllığına heç uyğun gəlmir. Bu isə onu göstərir ki, tərtibatçılar hələ də süni zəkanın cavabları necə formalaşdırdığını dəqiq anlamırlar.