Süni zəka əsaslı treyder adi treyderlərlə müqayisədə 6 dəfə effektiv olub
Stenford Ali Biznes Məktəbinin alimlər komandası yalnız açıq mənbəli məlumatlardan istifadə etməklə investisiya fondlarının menecerlərinin fəaliyyətini təkmilləşdirmək qabiliyyətinə malik olub-olmadığını anlamaq üçün investisiya strategiyalarını təhlil edən çat-bot hazırlayıb. Nəticələr o qədər təsirli olub ki, tədqiqatçılar bütün 1 ili hesablamalarda səhv axtarmaqla keçiriblər, lakin heç bir səhv tapmayıblar. Süni zəka analitiki orta hesabla investisiya menecerlərinin 93%-ni 600% üstələyib. “Biz bu nəticəni 1 il əvvəl əldə etdik.

Google Chrome-da aşkar edilmiş və məlumatlarınızın zərərli insanların əlinə keçməsinə səbəb ola biləcək əsas təhlükəsizlik zəifliyi yeni yeniləmə ilə aradan qaldırılıb.
Apple şirkəti bu payız çıxacaq macOS Tahoe versiyasından sonra Intel prosessorlu Mac kompüterlər üçün artıq iri həcmli sistem yeniləmələri təqdim etməyəcək. Bu barədə Apple şirkətinin tərtibatçılarla iş üzrə baş direktoru Matthew Firlik WWDC 2025-in Platforms State of the Union təqdimatında açıqlama verib. Onun sözlərinə görə, macOS Tahoe, Intel Mac modelləri üçün sonuncu buraxılış olacaq. Apple-ın Intel çiplərindən özünün Apple Silicon prosessorlarına keçidi 2020-ci ildə başlayıb və 2023-cü ildə Mac Pro modeli ilə tam başa çatıb.
OpenAI süni zəka modelinin təkmilləşdirilmiş versiyası olan o3-pro modelini təqdim edib. Bu model əvvəlki o3 versiyası ilə müqayisədə daha inkişaf etmiş və güclüdür. Yeni model məntiqi düşüncə tələb edən çətin tapşırıqları yerinə yetirmək üçün hazırlanıb və proqramlaşdırma da daxil olmaqla bir çox sahədə istifadə oluna bilər. o3-pro məntiqi nəticə çıxarma qabiliyyətinə malik modellər kateqoriyasına aiddir. o3-pro modelinə ChatGPT Pro və Team abunəçiləri üçün 10 iyun tarixindən etibarən çıxış imkanı açılıb.
MSI şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MPG 242R X60N adlanır. Bu yeni monitor yüksək göstəricidə təsvir yenilənməsi ilə seçilir. Beləliklə monitor 600 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.1 düym ölçülü TN ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 350 nit, maksimal parlaqlıq səviyyəsi 500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 119%-ni, DCI-P3 rəng diapazonunun 93%-ni, Adobe RGB rəng diapazonunun isə 89%-ni əhatə edir. Monitor HDMI 2.1 FRL, DisplayPort 1.4a, USB-C, USB-B və USB-A girişlərini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 98 vatt çıxış gücünə sahibdir.