Cümə, 04 İyul 2025

Intel öz marketoloqlarını süni zəka ilə əvəz edəcək

Intel öz marketinq şöbəsinin əməkdaşlarına onların funksiyalarının böyük bir hissəsinin autsorsinqə veriləcəyi ilə bağlı planları açıqlayıb. Bu işlə beynəlxalq konsaltinq şirkəti Accenture məşğul olacaq. Intel-in rəhbəri Lip-Bu Tan-ın fikrincə, Accenture müştərilərlə daha effektiv əməkdaşlıq edə bilər, çünki təcrübə ilə yanaşı, süni zəka vasitəsilə iş proseslərini aktiv şəkildə avtomatlaşdırır.Oregon Live nəşrinin məlumatına görə, Intel-də ciddi ixtisarlar gözlənilir

və yalnız minimal zəruri bölmələr saxlanacaq. Şirkət konkret olaraq neçə nəfərin işini itirəcəyini açıqlamayıb, lakin məlumdur ki, marketinq departamenti dünya üzrə, o cümlədən ABŞ-ın Oreqon ştatındakı ofislərdə fəaliyyət göstərir.Keçid dövrü çərçivəsində bəzi Intel əməkdaşları Accenture şirkətində yeni mütəxəssislərin hazırlanmasına da cəlb oluna bilərlər.Intel nümayəndələri vurğulayıblar ki, marketinq şöbəsinin autsorsinqə verilməsinin əsas məqsədi müştərilərlə qarşılıqlı əlaqəni sürətləndirmək və bunun üçün şirkətin rəqəmsal imkanlarını modernləşdirməkdir. Bildirilir ki, bu qərar, bu ilin mart ayında vəzifəyə təyin olunmuş Lip-Bu Tan tərəfindən irəli sürülən Intel-in ümumi transformasiya strategiyasının bir hissəsidir. Hazırda Intel son illərdə yaşadığı texnoloji uğursuzluqlardan çıxmağa çalışır. Şirkət kompüter və məlumat mərkəzi seqmentlərində bazar itkisi, eləcə də süni zəka texnologiyaları sahəsində geridə qalması səbəbindən gəlirinin təxminən üçdə birini itirib. Bu vəziyyəti düzəltmək və yenidən mənfəət əldə etmək üçün korporasiya bütün proseslərini optimallaşdırmaq məqsədilə sərt tədbirlər görməyə başlayıb, o cümlədən kütləvi ixtisarlar həyata keçirir. Məlumata görə, artıq 11 iyul tarixinədək əməkdaşların əksəriyyəti şirkətdə qalıb-qalmayacaqlarını öyrənəcəklər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1676100
Bu gün
Bu həftə
Bu ay
Ümumi
924
11615
8955
1676100
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.