Bazar, 22 Dekabr 2024

Apple 20 nüvəli yeni M1 Ultra prosessorunu təqdim edib

Apple şirkəti dünənki təqdimat tədbiri çərçivəsində Apple M1 prosessor seriyasının ən güclü modelini təqdim etdi. Söhbət, 20 nüvəli Apple M1 Ultra-dan gedir. Sözügedən prosessoru ilk əldə etmiş kompüter isə Mac Studio oldu. M1 Ultra-nın əsas fərqləndirici özəlliyi onun UltraFusion adlı arxitekturaya sahib olmasındadır. Onun sayəsində Apple şirkəti 2 ədəd M1 Max çipini bir böyük prosessorda birləşdirib. Bu, M1 Max-da saniyədə 2.5 TB sürətli ötürmə qabiliyyətinə sahib prosessorlararası birləşmə özəlliyi hesabına mümkün olub. Nəticədə M1 Ultra M1 Max-ın göstəricilərini iki dəfə yüksəldir.

 20 nüvəli M1 Ultra özündə 64 nüvəli GPU-nu 32 nüvəli neyron prosessorunu birləşdirir. UltraFusion arxitekturası yarımkeçirici alt təbəqə hesabına 2 prosessor kristalının birləşməsini təmin edir. Həmin alt təbəqədən isə 10.000-dən çox birləşmə keçir. Bunun hesabına Apple 114 milyard tranzistordan ibarət nəhəng vahid çip əldə edə bilib. Apple bildirib ki, M1 Ultra-nın performansı adi M1-dən 8 dəfə yüksəkdir. Bundan əlavə olaraq təqdimat zamanı Apple bildirib ki, Core i9-12900K ilə müqayisədə M1 Utra modeli eyni enerji sərfiyyatı rejimində 90% daha yüksək performansı təmin edir.

M1 Ultra-nın ən yüksək enerji sərfiyyatı göstəricisi Intel prosessorları ilə müqayisədə 100 vatt daha aşağıdır. Prosessorun qrafik gücünə gəldikdə isə Apple şirkətinin verdiyi məlumata əsasən onun gücü GeForce RTX 3090-nın gücü ilə eynidir. M1 Ultra-nın yaddaşının ötürmə qabiliyyəti saniyədə 800 GB təşkil edir. Bundan əlavə olaraq prosessor 128 GB-a kimi RAM yaddaşını dəstəkləyir. Sözügedən prosessor ilk olaraq Mac Studio kompüterinə quraşdırılıb. Lakin heç istisna deyil ki, gələcək Mac Pro modelləri də bu prosessor ilə təchiz olunsunlar.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355191
Bu gün
Bu həftə
Bu ay
Ümumi
927
13563
35253
1355191
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.