Bazar, 22 Dekabr 2024

Dələduzlar bannerlər vasitəsilə Chrome üzərindən Android istifadəçilərin məlumatlarını oğurlayırlar

İnternet üzərindən dələduzluq daimi olaraq üst səviyyəyə çıxır. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər məşhur brauzer üzərindən Android istifadəçilərin məlumatlarını oğurlamağa imkan verən yeni dələduzluq üsulu barəsində məlumat veriblər. Verilmiş məlumata əsasən yeni dələduzluq üsulu çərçivəsində dələduzlar internet mağazalarını əhatə edən müxtəlif saytlarda bannerlər yerləşdirirlər. Yerləşdirilən bannerlərdə istifadəçilərə istifadə olunan brauzerin yenilənməsi təklif olunur.

 Brauzerin yenilənəcəyini düşünərək həmin bannerlərə klikləyən istifadəçilər isə nəticədə yenilənməni deyil, zərərli proqram təminatını işə salırlar. Məlumatda qeyd edilib ki, istifadə olunan brauzerin artıq köhnəldiyi və onun yenilənməyə ehtiyac duyduğu barəsində bildirişlər əsasən Android istifadəçilər arasında rast gəlinir. Lakin bu cür bildirişlərin digər əməliyyat sistemlərinin istifadəçilərinə də göstərilməsi istisna edilmir. İstifadəçi məlumatlarının oğurlanmasından əlavə olaraq bu cür bannerlər həmçinin istifadəçiləri dələduzların saytlarına da yönləndirə bilərlər. Mütəxəssislər mobil cihaz istifadəçilərinə artıq köhnəlmiş Chrome 89 brauzerini yeniləməyi məsləhət görüblər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355187
Bu gün
Bu həftə
Bu ay
Ümumi
923
13559
35249
1355187
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.