Çərşənbə axşamı, 17 İyun 2025

“WhatsApp”dan YENİLİK: fasilə vermək və bərpa etmək imkanı...

“WhatsApp” messencerinin “Android” üçün yeni beta versiyasında səsli mesajların yazılmasına fasilə vermək və bərpa etmək imkanı var.

Yazmanı dayandırmaq üçün istifadəçi ekranın aşağı hissəsində görünəcək yeni pauza düyməsini sıxmalıdır. Bundan sonra həmin düymə mikrofon şəkli alacaq. Qeydə davam etmək üçün onu yenidən basmaq kifayətdir.

 Bir müddət əvvəl bu funksiya messencerin iOS və fərdi kompüterlər üçün nəzərdə tutulan versiyalarında peyda olub.

Hazırda yenilik beta testçiləri üçün əlçatan olsa da, tezliklə bütün istifadəçilərin ixtiyarına veriləcək.

Dələduzlar bannerlər vasitəsilə Chrome üzərindən Android istifadəçilərin məlumatlarını oğurlayırlar

İnternet üzərindən dələduzluq daimi olaraq üst səviyyəyə çıxır. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər məşhur brauzer üzərindən Android istifadəçilərin məlumatlarını oğurlamağa imkan verən yeni dələduzluq üsulu barəsində məlumat veriblər. Verilmiş məlumata əsasən yeni dələduzluq üsulu çərçivəsində dələduzlar internet mağazalarını əhatə edən müxtəlif saytlarda bannerlər yerləşdirirlər. Yerləşdirilən bannerlərdə istifadəçilərə istifadə olunan brauzerin yenilənməsi təklif olunur.

Ardını oxu...

Məlumatların saniyədə 10 Gbit sürətlə ötürülməsi: Qualcomm Snapdragon X70 5G modemi təqdim edilib

 Qualcomm şirkəti Snapdragon X70 5G adlı yeni flaqman modemini təqdim edib. Məlumatda qeyd edilib ki, sözügedən modem dünyada ilk dəfə modem radiotezlik sistemində süni zəka prosessorunu əldə edib. Sadə sözlə desək, Snapdragon X70 5G modemində ayrıca süni zəka bloku mövcuddur və bunun mobil şəbəkə üçün nəzərdə tutulmuş modemdə reallaşdırılması bir ilkdir. Modemə inteqrasiya edilmiş süni zəka bloku Qualcomm 5G AI Suite adlanır.

Ardını oxu...

MediaTek 5G smartfonlar üçün yeni Dimensity 8100 və Dimensity 8000 prosessorlarını təqdim edib

MediaTek şirkəti Dimensity seriyasının 2 yeni prosessor modelini təqdim edib. Söhbət, MediaTek Dimensity 8100 və Dimensity 8000 modellərindən gedir. Sözügedən prosessorlar orta seqmentə aid 5G dəstəkli güclü smartfonlar üçün nəzərdə tutulub. Bundan əlavə olaraq bu prosessorlar yüksək keyfiyyətli kameraları da dəstəkləyirlər. 5 nanometrlik Dimensity 8100 prosessoru 2.85 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsinə və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsinə sahibdir.

Ardını oxu...

Youtube ilə daha sərt rəqabət?: TikTok 10 dəqiqəlik videoları dəstəkləməyə başlayıb

TikTok yenidən Youtube kimi böyük platformaların istifadəçi kütləsini özünə çəkmək məqsədini önünə qoyub. Belə ki, sözügedən məşhur sosial şəbəkə 10 dəqiqəlik videoların yüklənməsi imkanını tədricən istifadəyə verməyə başlayır. Sosial media üzrə britaniyalı mütəxəssis Matt Navarra bildirib ki, o, TikTok yenilənməsi barəsində mesajı əldə edib. Əldə edilmiş mesajda TikTok-un yeni versiyasının smartfonlar və kompüterlər üçün qlobal miqyasda istifadəyə verilməsi barəsində məlumat əks olunub. Həmçinin əldə edilmiş mesajda qeyd edilib ki, TikTok yüklənən videoların xronometrajlarını 10 dəqiqəyə yüksəldir. Qeyd etmək lazımdır ki, bu, TikTok-un bu məsələ ilə bağlı ilk addımı deyil.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1645658
Bu gün
Bu həftə
Bu ay
Ümumi
151
2231
18934
1645658
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.