Bazar ertəsi, 16 İyun 2025

“Twitter”də artıq tvitlərin redaktəsi mümkün olacaq

“Twitter” sosial şəbəkəsi mesajların redaktə edilməsi funksiyasının tətbiqi üzərində işləyir.

Bu barədə məlumat sosial şəbəkənin kommunikasiyalar şöbəsinin hesabında yer alıb.

Bildirilir ki, bu qərarın “Twitter”də yeni pay sahibi olan İlon Maskın sorğusu ilə əlaqəsi yoxdur və tərtibatçılar ötən ildən “tvit redaktəsi” funksiyası üzərində işləyirlər. Bu barədə aprelin 1-də əsas sosial şəbəkə hesabında mesaj da dərc edilib, lakin ictimaiyyət bunu zarafat kimi qəbul edib.

Funksiyanın ictimai domendə görünməsinin dəqiq tarixi hələ məlum deyil. Ancaq bu funksiya ilk olaraq ödənişli “Twitter Blue” abunəçiləri üçün əlçatan olacaq.

İyunda təqdim ediləcək iOS 16 barəsində ilk məlumatlar verilib

Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2022 tədbirinin keçiriləcəyi tarixi elan edib. Sözügedən tədbir 6-10 iyun tarixlərində online fomatda baş tutacaq. WWDC 2022 tədbiri çərçivəsində Apple şirkəti öz əməliyyat sistemlərinin yeni versiyalarını anons etməlidir. Təbii ki, iPhone istifadəçilərinin sözügedən tədbirdən ən çox gözlədikləri yeni iOS 16 əməliyyat sistemidir. İnternetdə artıq iOS 16 barəsində ilk məlumatlar ortaya çıxıb. Beləliklə insayderlər xəbər veriblər ki, yeni əməliyyat sistemi qapalı beta test mərhələsinə keçid edb.

Ardını oxu...

"Google Chrome" brauzerində təhlükəsizlik boşluğu aşkar edilib

"Google Chrome" brauzerində təhlükəsizlik boşluğu aşkar edilib. Hakerlərin bu vəziyyətdən yararlanmasının qarşısını alacaq yeniləmə gözlənilir.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, dünyanın ən məşhur internet brauzeri "Google Chrome" tez-tez həddindən artıq prosessor və RAM istehlak etdiyinə görə tənqid olunur. Ancaq yenə də milyardlarla istifadəçi "Chrome"a üstünlük verir.

Ardını oxu...

Instagram-a mesajlarla bağlı yeni funksiyalar əlavə edilib

Hələ bir neçə müddət bundan öncə Instagram-ın rəhbəri Adam Mosseri bildirmişdi ki, fotoservisin tərtibatçıları bu il əsas diqqətlərini Instagram daxilindəki mesajlara ayıracaqlar və bu məsələ ilə bağlı yeni funksiyalar istifadəyə veriləcək. Sözügedən yeni funksiyalar artıq istifadəyə verilib. Beləliklə istifadəyə verilmiş funksiyalar arasında Instagram-a daxil olmuş mesajlara birbaşa ana səhifədən cavab vermək imkanı var. Bundan sonra istifadəçi bu və ya digər kontenti izləməyi dayandırmadan və mesaj bölməsinə keçid etmədən daxil olmuş mesaja birbaşa ana səhifədən cavab verə biləcək.

Ardını oxu...

Bu telefonlara DİQQƏT: “WhatsApp” martın 31-dən sonra işləməyəcək

Martın 31-dən etibarən "WhatsApp” artıq bu cihazlarda işləməyəcək.

XəzərXəbər xəbər verir ki, dünyanın hər yerindən milyardlarla gündəlik aktiv istifadəçisi olan məşhur mesajlaşma proqramı olan "WhatsApp” 31 mart tarixindən etibarən bəzi telefonlarda işləməyəcək.

 "WhatsApp” bəzi əməliyyat sistemlərindən istifadə edən telefon və planşet kimi cihazların martın 31-dən etibarən "WhatsApp” tətbiqindən istifadə edə bilməyəcəyini açıqlayıb. 

"WhatsApp” proqramı tez-tez yenilənir və tətbiqə yeni funksiyalar əlavə olunur.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1645354
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1009
1927
18630
1645354
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.