Bazar ertəsi, 23 Dekabr 2024

Meta audio faylı MP3-dən 10 dəfə daha güclü sıxan səs kodeki hazırlayıb

 Meta şirkəti EnCodec adlı yeni səs kodekini təqdim edib. Sözügedən yeni səs kodeki audio faylın keyfiyyətini itirmədən onu daha yüksək səviyyədə sıxmaq üçün machine learning texnologiyalarından istifadə edir. Beləliklə EnCodec MP3-dən fərqli olaraq audionu 10 dəfə daha güclü şəkildə sıxır və bu halda audionun keyfiyyəti aşağı düşmür. EnCodec səs kodeki həm səsin real zaman ərzində ötürülməsində (məsələn qeyri-stabil şəbəkə əlaqəsinin olduğu rayonlarda telefon zəngləri zamanı) həm də faylların kodlaşdırılmasında istifadə edilə bilər. Məlumatda qeyd edilib ki, audionun sıxılması üçün nəzərdə tutulmuş bu sistem 3 hissədən ibarətdir.

 İlk öncə sistem sıxılmamış məlumatları daha aşağı bitrate-li xüsusi formata çevirir. Daha sonra əldə edilmiş xüsusi format lazımi həcmə kimi sıxılır. Lakin bununla belə ilkin siqnalın bərpası üçün istifadə ediləcək vacib məlumat olduğu kimi qalır. Sonda isə deşifrələmə sistemi sıxılmış məlumatları real zaman ərzində neyron şəbəkəsi vasitəsilə yenidən səs dalğalarına çevirir. Məlumatda qeyd edilib ki, neyron şəbəkəsi səsi çox keyfiyyətli şəkildə sıxır və insan qulağı səsin sıxılmadan öncəki və sonrası versiyası arasındakı fərqi anlaya bilməz. EnCodec adlı səs kodeki hələ də hazırlanma və test mərhələsindədir. Onun nəticədə Meta şirkətinin platformalarında nə zaman istifadəyə veriləcəyi bilinmir.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1356227
Bu gün
Bu həftə
Bu ay
Ümumi
415
1963
36289
1356227
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.