Microsoft ucuz qiymətə bulud kompüterlərin satışlarını planlaşdırır
Görünür, Microsoft şirkəti kompüter satışlarının aşağı düşdüyü və professional şəxslərin öz fəaliyyətlərini bulud sistemlərə keçirtdikləri bir vaxtda Windows-dan olan gəlirləri qoruyub saxlamağın üsulunu tapıb. Belə ki, şirkət baha qiymətə satılmayan bulud kompüterlərini satışa çıxarda bilər. Onlar isə öz növbələrində abunəlik və reklam hesabına şirkətə gəlir gətirəcəklər. Microsoft-un bu cür yeni strategiyasının işə düşəcəyinə şirkət daxilində ortaya çıxmış vakansiyalar işarə edirlər. Sentyabr ayında Microsoft şirkəti Windows Incubation adlı yeni yaradılmış şöbəyə mühəndislər ilə digər mütəxəssislərin axtarışında idi. Sözügedən şöbənin əsas məqsədi bulud sistemlər və texnologiyalar sahəsində Windows-un yeni istiqamətini yaratmaqdır.
Nəticə etibarilə şirkətin əsas məqsədi Windows-u bulud sistemləri ilə texnologiyalarının və Microsoft 365-in üstünlüklərinin olduğu mühitə köçürtməkdir. Bu cür strategiyanın reallaşdırılması üçün nəzərdə tutulmuş mümkün modellərdən biri də aylıq abunəlik haqqı sistemi üzərindən yayılacaq bulud kompüterlərin satışa çıxarılmasıdır. Bu halda şirkət xərclərinin bir hissəsi həmçinin reklamlar hesabına təmin olunacaq. Növbəti 3-5 il ərzində şirkət öz məhsulları daxilində reklam elanlarını sərgiləməyi planlaşdırır. Windows 11 daxilində artıq reklam platformaları mövcuddur. Belə ki, bu ilin mart ayında şirkət əməliyyat sisteminin File Explorer bölməsində təcrübə qismində reklam elanları sərgiləmişdi.