Bazar ertəsi, 21 Aprel 2025

Apple iOS 15.2-ni istifadəyə verib: Yeniliklər nələrdir?

Apple şirkəti iOS-in yeni versiyası olan iOS 15.2-ni istifadəyə verib. iOS-in bu yeni versiyası məlumatların konfidensiallıqlarının və bütün yaş qruplarında istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş yenilikləri özündə birləşdirir. Beləliklə iOS 15.2-də reallaşdırılmış App Privacy Report funksiyası vasitəsilə iPhone istifadəçisi hansı tətbiqlərin fərdi məlumatları əldə etdiklərini, kamera və mikrofonu aktivləşdirdiklərini və bunları hansı intensivliklə reallaşdırdıqlarını müəyyən edə biləcək.

Ardını oxu...

Google Android 12 Go Edition əməliyyat sistemini təqdim edib

Oktyabr ayında Android 12 istifadəyə verildi. Daha sonra Google şirkəti böyük ekranlı cihazlar üçün nəzərdə tutulmuş Android 12L-i təqdim etdi. İndi isə şirkət zəif texniki özəlliklərə sahib smartfonlar üçün nəzərdə tutulmuş Android 12 Go Edition əməliyyat sistemini təqdim edib. Beləliklə şirkətin verdiyi məlumata əsasən Android 12 Go Edition-da tətbiqlərin daha sürətlə işə salınması özəlliyi reallaşdırılıb. Google tərtibatçılarının sözlərinə əsasən Go Edition-da tətbiqlər 30% daha sürətlə işə düşürlər.

Ardını oxu...

Honor yeni Qualcomm prosessorlu Honor X30 smartfonunu təqdim edib - QİYMƏTİ

 Honor şirkəti Honor X30 smartfon modelini təqdim edib. Yeni smartfon bir neçə müddət bundan öncə satışa çıxmış Honor X30 Max modelindən həm xarici görünüş həm də texniki göstəricilər baxımından fərqlənir. Honor X30-un əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, Qualcomm-un yeni prosessoru ilə təchiz olunub. Beləliklə Honor X30 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası isə smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Ardını oxu...

Huawei P50 Pocket adlı yeni qatlana bilən smartfonun real fotoları ortaya çıxıb

Huawei şirkətinin P50 Pocket adlı yeni qatlana bilən smartfonunun təqdimat tarixinin elan edilməsindən sonra onun real fotoları da internetdə ortaya çıxıb. Ortaya çıxmış fotolar şirkətin yeni qatlana bilən smartfon modelinin dizaynını qiymətləndirməyə imkan verirlər. Honor P50 Pocket-in əsas özəlliklərindən biri də o olacaq ki, onun gövdəsi işığı əks etdirən parlaq örtüyə sahib olacaq. Bununla yanaşı smarfonun qatlanma konstruksiyasında xrom materialdan hazırlanmış elementlər mövcud olacaq. Artıq fotolardan da bəllidir ki, P50 Pocket-in xarici görünüşü Galaxy Z Flip-i xatırladacaq. Smartfon gövdəsinin xarici hissəsində dairəvi formalı biki böyük sahə mövcuddur. Birinci sahədə smartfonun kameraları, ikinci sahədə isə köməkçi ekranı yerləşdirilib.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1566074
Bu gün
Bu həftə
Bu ay
Ümumi
590
2208
36193
1566074
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.