Galaxy Note 20-nin güman olunan fotosu ortaya çıxıb
Adətən Samsung şirkətinin yeni məhsulları barəsində məlumat sızıntıları kənar resurslar tərəfindən edilir. Lakin bu məsələdə bəzən istisnalar da olur. Belə ki, bir sıra hallarda yeni məhsullar barəsində məlumat sızıntısı məhz şirkətin saytında baş verir. Belə ki, Samsung-un rəsmi saytında əvvəlki insayder məlumatlarına uyğun gələn və hələ anons edilməmiş yeni smartfon modelinin fotosu ortaya çıxıb. Söhbət, Galaxy Note 20-dən gedir. Samsung Rewards saytında ortaya çıxmış fotoya əsasən Galaxy S10+ və Galaxy S20 arasında əks olunan smartfon, ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera ilə təchiz olunacaq.