Bazar ertəsi, 16 İyun 2025

Whatsapp-ın səsli mesaj funksiyası əsasında yeni dələduzluq növü yayılmağa başlayıb

Armorblox adlı İT şirkəti Whatsapp-dakı səsli mesajlar funksiyası kimi maskalanan yeni dələduzluq sxemi barəsində məlumat verib. Aşkar edilmiş yeni dələduzluq sxemi vasitəsilə hackerlər kompüterə zərərli proqram təminatı yükləyərək onun daxilində mövcud olan istifadəçi hesablarını, elektron portmanatların şifrələrini və hətta faylları oğurlayırlar. Hackerlər kompüterlərin hack edilməsi prosesini elektron poçt məktubu vasitəsilə reallaşdırırlar. Onlar tərəfindən göndərilmiş bu cür məktub messencerin rəsmi dəstək xidmətindən olan bildiriş kimi maskalanır və istifadəçiyə səsli mesajın dinlənilməsini təklif edir.

Ardını oxu...

Whatsapp-dakı foto fayllarının sızmalarının qarşısını alacaq yeni funksiya istifadəyə verilib

Whatsapp-ın beta versiyasında konfidensiallığın qorunması üzrə yeni funksiya istifadəyə verilib. İstifadəyə verilmiş yeni funksiya avtomatik silinən mesajlar rejimini tamamlayır. Belə ki, bundan sonra avtomatik silinən mesajlar rejiminin işə salındığı çatlarda göndərilən fotolar öz kopyalarını Gallery-də avtomatik olaraq yarada bilməyəcəklər.

Ardını oxu...

OpenAI təşkilatı sadə mətnlər əsasında fotolar yarada bilən neyron şəbəkəsini təqdim edib

Süni zəka sahəsində fəaliyyət göstərən OpenAI adlı qeyri-kommersiya təşkilatı özünün DALL-E adlı neyron şəbəkəsinin yeni versiyasını təqdim edib. Qeyd etmək lazımdır ki, bu neyron şəbəkə sadə mətn təsviri sayəsində fotolar generasiya edə bilir. DALL-E 2 daha geniş imkanlar əldə edib və həmin imkanlar arasında artıq hazır fotolarla çalışmaq bacarığı da var. Yeni alqoritmin əvvəlki versiyadan əsas fərqi ondan ibarətdir ki, o, artıq hazır fotoları redaktə etmək imkanını özündə birləşdirir. Əvvəllər bu neyron şəbəkəsi yalnız mətn təsviri əsasında fotolar çəkə bilirdi.

Ardını oxu...

Snapdragon 7 Gen 1 prosessoru barəsində ilk məlumatlar verilib

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Qualcomm şirkəti Snapdragon 8 Gen 1 Plus prosessoru üzərində çalışır və o, may ayının sonunda təqdim oluna bilər. Gözləntilərə əsasən yeni prosessor Snapdragon 8 Gen 1-in davamçısı olacaq. İndi isə məlumat ortaya çıxıb ki, Qualcomm şirkəti Snapdragon 8 Gen 1 Plus ilə birlikdə Snapdragon 7 seriyasının yeni modelini də təqdim edə bilər. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən Snapdragon 7 seriyasının yeni prosessoru 2.46 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A710 nüvəsi və 1.80 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsi ilə təchiz olunacaq.

Ardını oxu...

Google Play Store daxilində köhnə tətbiqlər gizlədiləcək

Google şirkəti Play Store-dakı köhnə tətbiqləri gizlətməyə başlayacaq. Bu cür tətbiqlərdən istifadə edən şəxslər üçün onlar hələ də əlçatan olacaqlar. Lakin yeni istifadəçilər sözügedən tətbiqləri tapa və öz cihazlarına quraşdıra bilməyəcəklər. Verilmiş məlumata əsasən Google Play Store-da 3.5 milyon tətbiq mövcuddur. Onlardan çoxu isə artıq uzun müddətdir ki, müasir proqram təminatı tələblərinə cavab vermir. Çox halda bu cür tətbiqlər heç bir təhlükə mənbəyi daşımırlar. Lakin buna baxmayaraq Google şirkəti istifadəçilər üçün ola biləcək riskləri minimuma endirmək istəyir. Beləliklə şirkət bu ilin noyabr ayından başlayaraq köhnə tətbiqləri Google Play Store daxilində gizlətməyə başlayacaq.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1645296
Bu gün
Bu həftə
Bu ay
Ümumi
951
1869
18572
1645296
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.