Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks etdirəcək
Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur. Bundan əlavə olaraq bu cür videolarda lazımi kontentin axtarılıb tapılması prosesi də istifadəçini çox zaman qıcıqlandırır. Youtube tərtibatçıları bu problemi həll etmək qərarına gəliblər. Belə ki, Youtube tərtibatçılarının hazırladıqları yeni funksiya öz növbəsində bu və ya digər videonun istifadəçilər tərəfindən ən çox izlənilmiş hissələrini öncədən ayıracaq və onları qeyd edəcək. Beləliklə istifadəçilər hər hansısa videoda bir çox istifadəçini maraqlandıran hissə ilə tanış ola biləcəklər. Bunun nəticəsində bu və ya digər istifadəçinin də video daxilində axtardığı eyni kontenti tapmaq prosesi sadələşdiriləcək.