Twitter istifadəçi hesablarını 3 növə ayıracaq
Twitter-də məhsullardan cavabdeh olan Esther Crawford bildirib ki, sosial şəbəkənin yeni təsdiqləmə sistemi (verification) istifadəçi hesablarını 3 növə ayıracaq. Beləliklə hesabların bir hissəsi boz rəngdə təsdiqləmə ikonuna sahib olacaq və onların adlarının qarşısında Official sözü əks olunacaq. Twitter Blue abunəliyindən istifadə edən hesablar göy rəngli təsdiqləmə ikonunu əldə edəcəklər. Yerdə qalan hesablar isə təsdiqlənməmiş şəkildə qalacaqlar. Bununla belə Twitter Blue istifadəçiləri öz hesabları üçün göy rəngli təsdiq ikonunun əldə edilməsi yolunda hər hansısa sənədi təqdim etməli olmayacaqlar.
Daha öncə verification sisteminin pulsuz olduğu vaxtlarda istifadəçi öz hesabının təsdiqlənməsi və müvafiq ikonu əldə etməsi üçün şəxsiyyəti təsdiq edən hər hansısa sənədi təqdim etməli idi. Twitter təmsilçisi isə qeyd edib ki, onların platformalarından istifadə edənlər bu cür üsuldan istifadə etməli olmayacaqlar. Belə ki, həmin istifadəçilər aylıq 8$ abunəlik haqqı ödəməklə artıq öz hesablarını təsdiqləmiş olacaqlar. Yanında Official sözünün əks olunduğu boz rəngli ikon bəzi hesablar üçün pulsuz şəkildə təqdim ediləcək. Belə ki, dövlət təşkilatları, məmurlar, siyasi xadimlər və kütləvi informasiya vasitələrinin hesabları boz ikonu pulsuz əldə edəcəklər. Məlumatda qeyd edilib ki, boz ikonu pul qarşılığında almaq mümkün olmayacaq.