Google Play-də alternativ ödəniş üsulları istifadəyə verilib
Adətən Google Play daxilində bütün alış-verişlərin ödənişi Google şirkətinin fərdi ödəniş sistemi üzərindən reallaşdırılır. Buna görə də tətbiq tərtibatçıları Google şirkətinə komissiya ödəməli olurlar. Yaxın zamanda isə bu vəziyyət dəyişəcək. Belə ki, şirkət Google Play-də alternativ ödəniş üsullarının testinə start verib. Start verilmiş testin ilk iştirakçıları Spotify və Bumble servisləri olublar.
Google şirkətinin ödəniş sistemi üzərindən ödəniş edən zaman komissiya 15%-dən 30%-ə kimi təşkil edir.
Yeni üsul çərçivəsində isə pul vəsaitləri istifadəçilərin bank kartlarından birbaşa çıxılacaq. Bu isə öz növbəsində Spotify ilə Bumble-da aylıq abunəlik haqlarının bir qədər aşağı düşməsinə səbəb ola bilər. Bu cür imkan hələ ki, ABŞ-da reallaşdırılıb və yaxın zamanda digər regionlarda da aktivləşə bilər. Bununla belə Google şirkəti bildirib ki, istifadəçilərin bank kartlarından birbaşa pul vəsaitlərini əldə edən şirkətlər əvvəlki kimi komissiya ödəməli olacaqlar.