Bazar ertəsi, 16 İyun 2025

Maraqlı statistika: Yer kürəsi əhalisinin 40%-i heç zaman internetdən istifadə etməyib

    Şəbəkə Operatorları Assosiasiyası olan GSMA-nın aparmış olduğu son tədqiqata əsasən mobil şəbəkə Yer kürəsi əhalisinin yalnız 95%-i üçün əlçatandır. Lakin bununla belə Yer kürəsi əhaləsinin 40%-i heç zaman internetdən istifadə etməyib və bu səbəbdən həmin insanlar vacib məlumatlardan və digər imkanlardan məhrumdurlar. GSMA isə öz növbəsində bu məsələ ilə bağlı daha dəqiq statistikanı təqdim edib və insanlar üçün interneti necə əlçatan etməyin lazım olduğunu açıqlayıb. GSMA analitiklərinin sözlərinə əsasən 3.2 milyard insan və ya başqa sözlə desək Yer kürəsi əhaləsinin 40%-i heç zaman internetə daxil olmayıb.

Ardını oxu...

"WhatsApp"da statusla bağlı yeni funksiya işə salınıb

"WhatsApp"da daha bir yeni funksiya yaradılıb.

 Bu funksiyaya əsasən telefon nömrələrini qeyd etdiyiniz şəxslər yeni status qoyarkən profil şəkilləri yaşıl çevrə ilə əhatələnir. Beləliklə də kimin status qoyub-qoymamasından daha tez xəbərdar olmaq mümkün olacaq.

"Whatsapp"dan yenilik - Bu da mümkün oldu

Sosial mesajlaşma platforması "WhatsApp" yeni funksiyanı təqdim etməyə hazırlaşır.

XəzərXəbər xəbər verir ki, bundan sonra göndərilən mesajları redaktə etmək mümkün olacaq. Bir mesajın redaktəsi üçün platforma 15 dəqiqə vaxt ayıracaq. Redaktə edildikdən sonra mesaj "redaktə edildi" kimi qeyd olunacaq. Yeni funksiyanın bütün "WhatsApp" istifadəçiləri üçün nə vaxt əlçatan olacağı dəqiq bilinmir.

Qeyd edək ki, bu funskiya "Facebook"un həm paylaşım bölümündə, həm də şərh bölməsində aktivdir. "Instagram"da isə yazılan hər hansı şərhi redaktə etmək mümkün deyil.

Unikal robot yaradılıb

Tikintidə istifadə edilən "Ero Concrete" robotu beton konstruksiyaları sökmək üçün yaradılan unikal qurğudur.

Çox sadə iş prinsipinə malik robotun digər analoqlarından fərqli xüsusiyyəti toz qaldırmadan və minimum səs-küylə işləməsidir.

Bu zaman iş prosesində bütün yığılmış beton təkrar emal edilir, bundan sonra təkrar istifadə üçün tam yararlı olur.

“Youtube”da yeni funksiya tətbiq edilir

Dünyanın məşhur video platforması "Youtube" istifadəçiləri üçün yeni funksiya tətbiq etməyə başlayıb.

Sözügedən funksiya vasitəsilə istifadəçilər platformada izləyiciləri tərəfindən hansı videoya neçə dəqiqə baxıldığını öyrənə biləcək, hətta burada uzun müddət vaxt keçirənlər üçün "Youtube" tərəfindən bildiriş də göndəriləcək.

Qeyd edək ki, bu funksiyanı ötən günlərdə "Facebook" və "İnstagram" da tətbiq etmişdi.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1644432
Bu gün
Bu həftə
Bu ay
Ümumi
87
1005
17708
1644432
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.