Bazar ertəsi, 16 İyun 2025

Samsung da öz smartfonlarında peyk şəbəkəsi dəstəyini reallaşdıracaq

Bir neçə müddət bundan öncə Huawei şirkəti Mate 50, Apple şirkəti isə iPhone 14 smartfon seriyasını təqdim etmişdi. Sözügedən smartfonların ortaq cəhətləri ondan ibarətdir ki, onlar peyk şəbəkəsi dəstəyini əldə ediblər. Beləliklə həm Huawei Mate 50 həm də iPhone 14 smartfonlarının istifadəçiləri mobil şəbəkə əhatəsinin olmadığı ərazilərdə peyk şəbəkəsindən istifadə edərək fövqəladə hallar xidməti ilə əlaqə yarada biləcəklər. Ortaya çıxmış yeni məlumata əsasən isə Samsung şirkəti öz rəqiblərindən geridə qalmaq istəmir və buna görə də Huawei və Apple kimi özünün Galaxy smartfonlarına peyk şəbəkəsi dəstəyini əlavə etməyi planlaşdırır.

Ardını oxu...

Süni intellekt bədii film yaradacaq

Alman eksperimentator Fabian Ştelzer süni intellektdən (Sİ) istifadə edərək film yaradacaq. Müəllif gələcək "Duz" adlı filmindən bir səhnə təqdim edib.

Müəllifin sözlərinə görə, film tamamilə neyron şəbəkələr dəsti ilə yaradılacaq. Bu şəbəkələr sayəsində görüntü və personajların səsləri, eləcə də xüsusi effektlər yaradılacaq.

F.Ştelzer kino sahəsində yenilikçi olmaq niyyətindədir və süni intellektin onun ssenarisi üzrə tammetrajlı film yarada biləcəyinə inanır.

Ardını oxu...

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! - Bu tarixdən bəzi telefonlarda işləməyəcək

Cari ilin oktyabr ayından etibarən məşhur vatsap messenceri bəzi “Apple” smartfonlarını artıq dəstəkləməyəcək.

 “iOS 10” və “11” əməliyyat sistemli “iPhone” istifadəçiləri vatsapdan proqram təminatının iOS 12 və digər versiyalara yenilənməsi tövsiyəsi ilə bağlı bildirişlər almağa başlayıb. Əks halda, 24 oktyabr 2022-ci il tarixindən etibarən messencer istifadəçiləri ona girişi itirəcək.

Eyni zamanda, hələ də populyar olan “iPhone 5” və “iPhone 5C” smartfonlarını “iOS 12”-ə yeniləmək mümkün deyil. Beləliklə, oktyabrın sonundan bu smartfonların sahibləri vatsapdan istifadə edə bilməyəcəklər.

Neyron şəbəkəsi tərəfindən yaradılmış rəqəmsal rəsm əsəri incəsənət müsabiqəsində qalib gəlib

    ABŞ-ın Kolorado ştatında maraqlı bir hadisə baş verib. Belə ki, keçirilmiş incəsənət müsabiqəsinin iştirakçılarından biri neyron şəbəkəsi tərəfindən generasiya edilmiş rəsm əsəri sayəsində müsabiqənin rəqəmsal incəsənət kateqoriyasında qalib gəlib. Bu isə öz növbəsində internet istifadəçiləri arasında narazılıqlara və müzakirələrə səbəb olub. Məlum olub ki, sözügedən kateqoriya üzrə qalib gəlmiş Jason Allen adlı şəxs stolüstü oyunların hazırlanması ilə məşğul olan Incarnate Games şirkətinin prezidentidir. Onun neyron şəbəkəsi vasitəsilə generasiya etmiş olduğu əsər “Theatre D’opera Spatial” adını əldə edib.

Ardını oxu...

Smartfonlarda peyk rabitəsi OLACAQ - telefonunuzun şəbəkəsi olmasa...

“Apple” və “Huawei” öz smartfonlarında peyk rabitəsi dəstəyini işə salmağa hazırdır.

Bu barədə məşhur insayder Ming-Chi Ko deyib.

O təsdiqləyib ki, Apple iPhone 14 seriyalı telefonlarda mobil əhatə olmadıqda fövqəladə rabitə üçün nəzərdə tutulan peyk funksiyasını işə salmağa hazır olacaq. Həmçinin, oxşar texnologiyanı 2021-ci ildə buraxılan iPhone 13 seriyası da dəstəkləyəcək. Ming-Chi Ko bildirib ki, sentyabrın 6-da “Huawei” yeni Mate 50 modelinin təqdimatını keçirəcək, o, həm də peyklər vasitəsilə rabitə dəstəyi alacaq.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1644865
Bu gün
Bu həftə
Bu ay
Ümumi
520
1438
18141
1644865
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.