Bazar, 22 Dekabr 2024

Snapdragon 8 Gen 3 prosessoru iki versiyada təqdim ediləcək

İnternetdə Qualcomm əməkdaşı ilə şirkət partnyoru və ya sifarişçisi arasındakı yazışmanın bir hissəsi olduğu iddia edilən foto ortaya çıxıb. Ortaya çıxmış fotodan belə qənaətə gəlmək olar ki, Qualcomm şirkəti eyni ada sahib iki müxtəlif flaqman prosessoru təqdim etməyə hazırlaşır. Məlumata əsasən Qualcomm Snapdragon 8 Gen 3 prosessorunu 2 müxtəlif texnoloji prosesin istesahlı ilə hazırlayacaq.

Söhbət, TSMC şirkətinin 4 nanometrlik və 3 nanometrlik texnoloji proseslərindən gedir.

Ortaya çıxmış fotoda yeni prosessorun nəyə görə fərqli texnoloji proseslər əsasında hazırlanacağı qeyd edilməyib. Lakin qeyd edilib ki, hər iki prosessor özündə Cortex-X4 və Cortex-A720 nüvələrini birləşdirəcəklər. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 3 prosessoru gələn ayın sonunda təqdim ediləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354999
Bu gün
Bu həftə
Bu ay
Ümumi
735
13371
35061
1354999
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.