Bazar, 22 Dekabr 2024

Neuralink öz beyin implantının insanlar üzərində testlərinə hazırlaşır

Görünür, Elon Musk-ın Neuralink şirkəti öz beyin implantını insanlar üzərində test etməyə artıq hazırdır. Belə ki, şirkət öz saytında bu prosesdə iştirak edəcək könüllülərin axtarışı ilə bağlı elan yerləşdirib. Elanda könüllülərə olan tələblər və təcrübədə nələrin olacaqları qeyd edilib. Şirkətin Neuralink N1 adlı çipi qəpik ölçüsündə olan çipdir və o, 64 ədəd nazik elektrod vasitəsilə birbaşa beyinə qoşulur. 64 elektroddan hər biri isə beyində hərəkət niyyətindən cavabdeh olan hissələrə yeridilir.

 Beləliklə bu cür beyin implantına sahib olan pasient hərəkət etmək istədikdə implantın siqnal qəbuledicisi beyin siqnalını əldə edəcək və onu hansısa elektron cihaza ötürəcək. Neuralink öz növbəsində bu təcrübədə iştirak edəcək insanların axtarışına start verib. Şirkət yan amiotrofik skleroza sahib və ya əlləri ilə ayaqları iflic olmuş 22 və ondan daha yuxarı yaş kateqoriyasına daxil olan şəxsləri axtarır. Gözləntilərə əsasən iflic olmuş pasientlər şirkətin beyin implantı vasitəsilə elektron cihazları idarə edə biləcəklər.

Şirkət tərəfindən aparılacaq təcrübə həmçinin beyin implantının və elektrodların beyinə yerləşdirilməsi üçün nəzərdə tutulmuş R1 adlı robotun təhlükəsizliklərinin yoxlanılmasına istiqamətlənib. Məlumatda qeyd edilib ki, Neuralink-in bu təcrübəsi 6 il ərzində davam edəcək. Bu müddət ərzində beyin implantına sahib olacaq pasientlər daimi şəkildə nəzarət altında olacaqlar. Şirkət əməliyyat və nəzarət ilə bağlı xərcləri öz üzərinə götürür.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355044
Bu gün
Bu həftə
Bu ay
Ümumi
780
13416
35106
1355044
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.