Bazar ertəsi, 16 İyun 2025

Chrome brauzerində sistem resurslarına qənaət üçün yeni funksiyalar istifadəyə veriləcək

Chrome tərtibatçıları brauzerə yeni funksiyalar əlavə etməklə onu təkmilləşdirməyə davam edirlər. Bu dəfə brauzer aktiv olmayan qovluqların dayandırılması və sistem resurslarının digər tətbiqlər üçün azad edilməsi funksiyalarını əldə edib. Reddit istifadəçilərindən biri Chrome Canary-nin son versiyasındakı ayarlarında “Performance” (chrome://settings/performance) adlı yeni bölmə aşkar edib. Sözügedən bölmədə yaddaşa və enerji sərfiyyatına qənaət rejimləri mövcuddur. Yaddaşa qənaət rejimi istifadəçi tərəfindən müəyyən müddət ərzində istifadə edilməyən qovluqları qeyri-aktiv vəziyyətə salaraq RAM yaddaşını azad edir.

Ardını oxu...

Youtube-da istifadəçi interfeysi və video izləməklə bağlı yeniliklər istifadəyə veriləcək

Google şirkəti Youtube üçün növbəti böyük yenilənməni anons edib. Dünyanın ən məşhur video platformasında reallaşdırılacaq yeniliklər Youtube-un bütün versiyalarında istifadəyə veriləcək. Yeniliklər istifadəçi interfeysi ilə videoların izlənməsini əhatə edirlər. Beləliklə Android və iOS istifadəçiləri Youtube daxilində izlənən videoları pinch-to-zoom funksiyası vasitəsilə uzadaraq böyüdə biləcəklər. Daha öncə bu funksiya Youtube Premium-da test olunurdu. Lakin o, bütün istifadəçilər üçün aktiv olacaq. Növbəti yenilik videoda lazımi hissələri daha asan şəkildə tapmağa imkan verəcək. Bu funksiya videonun irəli və ya geri çevrilməsi prosesi zamanı işə düşür.

Ardını oxu...

SpaceX təyyarələr üçün peyk interneti xidmətini təklif edəcək Starlink Aviation servisini anons edib

SpaceX şirkəti yaxın zamanda Starlink Aviation adlı yeni servisin istifadəyə veriləcəyini elan edib. Sözügedən yeni servis çərçivəsində Starlink-in aviasiya terminallarına sahib təyyarələrin sərnişinləri internetə qoşula biləcəklər. Bununla belə təqdim ediləcək internet sürəti saniyədə 350 Mbit təşkil edəcək. Əgər Starlink Aviation servisi həqiqətən də təyyarə sərnişinlərini bu cür sürətli internet bağlantısı ilə təmin etsə, bu, videozənglərin reallaşdırılması, online oyunların oynanılması və internetdən standart istifadə edilməsi üçün kifayət edəcək.

Ardını oxu...

Whatsapp-da online olduğunuzu artıq hamıdan gizlədə bilərsiniz

Whatsapp-a son daxilolma vaxtını digərlərindən gizlətmək imkanı mövcuddur. Lakin messencerə əlavə edilmiş yeni funksiya istifadəçinin real zaman ərzində online olduğunu kimlərin görə biləcəklərini ayarlamağa imkan verir. Daha əvvəllər Mark Zuckerberg messencerdə olan end-to-end şifrələnməsinin üstünlüklərindən danışırdı. İndi isə Whatsapp-ın təhlükəsizlik sisteminə yeni bölmə əlavə edilib və həmin bölmə istifadəçinin messencerdəki online statusunu digərlərdən gizlətməyə imkan verir.

Bu əsasən arzuolunmaz şəxsi qara siyahıya əlavə etmədən onunla ünsiyyəti məhdudlaşdırmaq üçün faydalıdır.

Ardını oxu...

Meta-nın süni zəka əsaslı tərcüməçisi yazı sisteminə sahib olmayan dilləri tərcümə etməyi öyrənib

 Dünyada bilinən 7000 dildən 2.8 min dil yazı sisteminə sahib deyil. Bu cür dillər machine learning alqoritmləri əsasında çalışan müasir tərcümə sistemləri üçün uyğun gəlmir. Çünki adətən kompüterlər danışıq dilini sonradan növbəti dilə tərcümə etmək üçün onu yazılı dilə çevirirlər. Görünür, Meta şirkəti bu problemin həll yolunu tapa bilib. Meta tərəfindən hazırlanmış Universal Speech Translator (UST) adlı sistem çərçivəsində müəyyən dildə olan şifahi nitq digər dilin şifahi nitqinə tərcümə olunur. Bunun sayəsində metakainatın gələcək istifadəçiləri rahatlıqla öz aralarında qarşılıqlı əlaqədə ola biləcəklər.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1644445
Bu gün
Bu həftə
Bu ay
Ümumi
100
1018
17721
1644445
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.