YouTube platforması 13 milyarddan çox videoya sahibdir!
Dünyanın ən məşhur və ən çox istifadə olunan platformalarından biri olan YouTube-un həcmi müəyyən olub. Belə ki, Massachusetts Texnologiya universitetinin ictimai siyasət və kommuniyasi üzrə dosenti Ethan Zuckerman və həmkərlarına görə YouTube platforması 13 milyarddan çox videoya sahibdir. Ümumiyyətlə Reddit, X kimi bir çox platforma uzun müddət ərzində xüsusi API-lərdən istifadə edərək statistik məluamtların toplanmasına icazə verirdi. Tədqiqatçılar isə platformalar barədə məlumat toplamaqda və statistik məlumatlarını hazırlamaqda əziyyət çəkmirdilər.
Lakin bu il Reddit platformada dərc olunan yazıların işlənməsi üçün istifadə olunun vasitələri məhdudlaşdırdı.
Bu isə tədqiqatlçıların işini biraz daha çətinləşdirdi və uzatdı. Məlumata görə hazırda gənc istifadəçilərin 93%-i Google şirkətinin video əsaslı xidmətlərindən istifadə edir.
Habelə gənclər arasında hazırda TikTok və Snapchat kimi platformalar müvafiq olaraq 63% və 60% həddində istifadə olunur. YouTube platformasındakı videoların və görüntüləmə sayının müəyyən edilməsi prosesi isə biraz daha qarışıq olub.