Microsoft Copilot-un Android tətbiqini istifadəyə verib.
Microsoft şirkəti özünün süni zəka əsaslı Copilot çat-botunun Android tətbiqini istifadəyə verib. Copilot-un Android tətbiqinin daxilində istifadəçi çat-botla ünsiyyət qura bilər. Onun çat-bota ünvanladığı suallara cavablar isə OpenAI şirkətinin GPT-4 sistemi vasitəsilə tərtib edilir. Bundan əlavə olaraq istifadəçi Copilot tətbiqi daxilində DALL-E 3-dən istifadə edərək müxtəlif fotoları tərtib edə bilər. Copilot-un iOS versiyasının olub-olmayacağı və olacağı halda nə zaman istifadəyə veriləcəyi bilinmir.