Şənbə, 21 Dekabr 2024

Süni intellekt insanların nə vaxt öləcəyini proqnozlaşdıra bilir!

Süni intellekt alətləri hər keçən gün təkmilləşir və yeniliklər ilə qarşımıza çıxır. Belə ki, indi alimlər insanların nə vaxt öləcəyini 78% dəqiqliklə proqnozlaşdıra bilən süni intellekt modeli hazırlayıblar. Life2vec adlandırılan süni intellekt insanların dünyasını dəyişərkən nə qədər sərvətə sahib olacağını proqnozlaşdıracaq. Qeyd edək ki, alimlər yeni süni intellekt modelini hazırlayarkən danimarkalı 6 milyon insanın sağlamlıq məlumatlarından və demoqrafik qeydlərindən istifadə ediblər.

Süni intellekt modeli isə daxil edilən məlumatlar əsasında insanların nə vaxt dünyasını dəyişəcəyini və nə qədər mirasa sahib olacaqlarını proqnozlaşdırmağı bacarıb.

Ümumiyyətlə alimlər daha əvvəl müəyyən faktorların xüsusilə sağlam yeməklərin və sağlam həyat tərzinin, o cümlədən pis vərdişlərin insan həyatına təsiri barədə araşdırma aparmışdı. Araşdırmaya görə məlum olmuşdu ki, siqarət çəkən və ruhi xəstəliklərə sahib olan insanlar daha az ömür sürür. Lakin yüksək gəlirə və yüksək vəzifəyə sahib insanlar stressdən uzaq durduğu üçün daha uzun yaşayır. Alimlər araşdırma nəticəsində əldə edilən faktorları müəyyən sıralama ilə yeni süni intellekt modelinə əlavə edib. Süni intellekt insanların nə vaxt öləcəyini daxil edilən faktorlar əsasında yüksək dəqiqliklə proqnozlaşdıra bilir.

İlk mərhələdə Life2vec adlı süni intellekt modeli 35-65 yaş kateqoriyasından olan insanlar üzərində sınaqdan keçirilib. Daha əvvəl süni intellekt modelinin 2016-2020-ci il periodunda öləcəyini proqnozlaşdırdığı bir şəxs məhz həmin illər ərzində vəfat edib. Habelə bu aparılan sınaqlardan sadəcə birinin nəticəsidir. Ümumilikdə aparılan sınaqlar 78% uğura sahib olub. Hazırda süni intellekt modeli hərkəs üçün əlaçtan deyil və təkmilləşdirilir. Lakin bu süni intellekt modelinin gələcəkdə sığorta şirkətləri tərəfindən istifadə olunacağı gözlənilir. Beləliklə sığorta şirkətləri və ya banklar müştərilərinin ölənə qədər hansı məbləğdə gəlir əldə edə biləcəyi barədə məlumat əldə edərək onlara müvafiq dərəcədə sığorta və ya kredit təyin edə biləcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1353966
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1324
12338
34028
1353966
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.