İnsanın daha öncə harda olmuş olduğunu onun bədənindəki mikroblar sayəsində təyin edən süni zəka sistemi hazırlanıb

Süni zəka sisteminin dəqiqliyi öz növbəsində diqqəti cəlb edir. Belə ki, sistem barmaq izi nümunələri arasında hansılarda şəhər mühiti mənbəyinin olduğunu 92%-lik dəqiqliklə təyin edə bilib.
Məsələn sistem Honkonq-da insanın bir-birindən 172 metr məsafədə olan iki stansiyada olduğunu təyin edə bilib. Bu texnologiya xəstəliklərin necə yayıldıqları barəsində anlayışımızı olduqca təkmilləşdirə bilər. Bunun üçün sistem sadəcə olaraq mikroorqanizmlərin yayılma yollarını müşahidə edərək infeksiyanın mənbəyini təyin etməli olacaq. Mütəxəssislər bu süni zəka sisteminin dəqiqliyini yüksəltmək və onun müxtəlif sahələrdə istifadəsini mümkün etmək üçün təlimatlandırılma prosesində istifadə edilən məlumatlar toplusunu genişləndirəcəklər.