Cümə, 18 Aprel 2025

Bir insanın elədiklərini "izləyərək" öyrənən robot hazırlanıb!

Aparılan tədqiqatlar nəticəsində izləyərək lavabo təmizliyini öyrənən bir robot hazırlanıb. Tədqiqat çərçivəsində alimlər xüsusi bir təmizlik süngəri hazırlayıblar. Sensorlarla təchiz edilmiş bu təmizlik süngəri əvvəlcə bir insan tərəfindən istifadə edilib. Sensorların topladığı məlumatlar robotun maşın öyrənmə alqoritminə ötürülüb. Əldə edilən məlumatlar robotun insanın təmizlik hərəkətlərini təqlid etməsini təmin edib.
Əgər ənənəvi üsullardan istifadə edilsəydi, lavabo təmizliyinin əvvəlindən sonuna qədər kodlaşdırılması lazım olacaqdı. Məhz Vyanada aparılan bu tədqiqat alimlərin işini asanlaşdırıb. Üstəlik, mütəxəssislər bu tədqiqatın hələ erkən mərhələdə olduğunu bildirirlər.Rəngləmə, qaynaq işləri və s. kimi müxtəlif işlərdə də eyni üsul tətbiq oluna bilər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1561230
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1084
11798
31349
1561230
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.