NVIDIA ən büdcəli videokartı GeForce RTX 5050-ni təqdim edib
NVIDIA şirkəti GeForce RTX 50 videokart seriyasının ən büdcəli modelini təqdim edib. Söhbət, GeForce RTX 5050-dən gedir. Şirkətin bu yeni videokartı Blackwell arxitekturası əsasında hazırlanıb və o özündə GDDR6 standartlı 8 GB VRAM ilə 2560 ədəd CUDA nüvəsini birləşdirir. Müqayisə üçün qeyd etmək lazımdır ki, RTX 5060 modeli 3840 ədəd CUDA nüvəsinə sahibdir. Yeni RTX 5050-nin Boost rejimdə çalışma tezliyi 2.57 GHz, enerji sərfiyyatı isə 130 vatt təşkil edir. Sözügedən videokart NVIDIA-nın ray tracing və DLSS 4.0 texnologiyalarını dəstəkləyir.