Elektromobilləri hibrid edən yeni mühərrik təqdim edilib!
Tam elektrikli avtomobillərə (BEV) keçid avtomobil dünyasında gözlənildiyindən daha çətin bir dövrə girsə də, Renault ,Geely və Aramco-nun arxasında olan Horse Powertrain bu transformasiyaya yeni çeviklik gətirəcək texnologiyasını təqdim edib. Beləliklə, Gələcək Hibrid Konsepsiya (FHC) adlanan bu yeni güc aqreqatı, mövcud platformalarda əsaslı dəyişikliklər tələb etmədən, elektromobilləri hibrid etməyə imkan verir.